Azərbaycanca

XƏBƏR

Millət vəkili Elxan Süleymanovun müraciəti barədə AŞPA qərar verib

23.06.2014 | 10:34

1403505003_elxan-suleymanovMillət vəkili Elxan Süleymanovun mətbuat xidmətindən aldığımız məlumata görə, iyunun 22-də axşam saatlarında Strasburqda AŞPA-nın Sədarət Komitəsinin iclası başa çatmışdır. İclasda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun müəllifliyi ilə təqdim olunmuş “Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair” Qətnamə layihəsi müzakirə edilmişdir.

Davamı

Erməni politoloq: “Nəyə görə bizə mal-qara naxırı kimi baxırlar?”

20.06.2014 | 15:35

1403263900_ermeni-politoloqRusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı səslənən bəyanatlar İrəvanda ciddi narahatçılıq yaradıb.  Bu məsələ Ermənistan mətbuatında da şok effekt yaradıb. Erməni politoloq Qalust Qriqoryanın fikrincə, Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına üzv olmağa cəlb etməyə gücü çatmır:

Davamı

Xələf Xələfov beloruslu həmkarına danışıqlar prosesi barədə məlumat verib

19.06.2014 | 06:01

1403185798_xelefovİyunun 19-da Xarici işlər nazirinin müavini Xələf Xələfov Belarus Respublikasının xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonağı salamlayan nazir müavini Xələf Xələfov XİN-lərarası məsləhətləşmələrin əhəmiyyətindən danışaraq, ölkələr arasındakı münasibətlərin hazırki vəziyyətindən məmnunluq ifadə etmiş, Azərbaycanla Belarus arasında iqtisadi, humanitar, təhsil, mədəniyyət və digər sahələrdə, eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır.

Davamı