Azərbaycanca

POLEMİKA

Qarabağa – evimizə gedəkmi?

28.07.2014 | 07:36

10566346_609449182501902_648199936_n3 soydaşımız Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun öz doğma yurdlarına səfər edərkən erməni işğalçıları tərəfindən girov götürülmələri gözlənilməz situasiya yaradıb. İşğalçı Ermənistan da, vasitəçilər də qəribə çaşqınlıqla üz-üzə qalıblar. Qarşı duran tərəflər hələki 1994-cü ildə əldə olunmuş atəşkəs rejiminə əməl edirlər. Vasitəçilər münaqişə iştirakçısı olan dövlətlərlə, bəzən icmalarla danışıqlar aparırlar. Lakin bir amil unudulub: insanların öz ata-baba yurdlarına canatımı, doğma məzarlıqları ziyarət etmə istəyi.

Davamı

Ağdamlı jurnalistlərin Vətən xatirələri…

23.07.2014 | 07:21

10563621_606886102758210_663726396_nİyulun 23-ü Azərbaycanın gözəl guşələrindən biri olan Ağdamın Ermənistandan olan cəlladlar tərəfindən işğalının ildönümüdür. Artıq 21 ildir ki, Ağdam da daxil olmaqla Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Hər il Ağdam əhalisi bu kədərli günü yad ədərək, rayonun, o cümlədən işğal altında olan bütün digər torpaqların da azad olunacağına əminlik ifadə edirlər.

Davamı

Ermənistan suriyalı erməniləri nədən Qarabağda məskunlaşdırıb?

18.07.2014 | 10:42

10542850_604612982985522_186190110_nBildiyimiz kimi, Suriyada baş verən hadisələr fonunda orada yaşayan azsaylı erməni əhalisi də döyüş bölgələrini tərk etməli olub. Ermənistana gələn bu erməniləri Sarkisyan hökuməti beynəlxalq qanunları pozmaqla öz ölkəsində deyil, işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirib. Bununla bağlı çoxsaylı faktlar da var. Hətta ATƏT-in faktaraşdırıcı missiyası da bu məqamı təsdiqləyib.

 

Davamı

Müstəqilliyimizin qarantı olan ordumuz

26.06.2014 | 09:26

1403760145_1309041625_1Azərbaycan Milli Ordusunun yaradılmasından 96 il ötür. Məhz 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü elan edilib.

Davamı