Azərbaycanca

test

Erməni kilsəsi və terror

06.06.2014 | 13:45

10428766_580932482020239_326107941_nTürkiyənin Van və Ərzurum şəhərlərində Rusiyanın Baş konsulu olmuş general Mayevski yazır: “Erməni dini liderlərinin dini fəaliyyəti az qala yox kimidir. Lakin bunun müqabilində, milli fikirlərin yayılması sahəsində çox böyük xidmətləri vardır”. Erməni Qriqorian kilsəsi tarixi boyunca mövcudiyyətini qoruya bilmək üçün bir dövlətə ehtiyac duyub. Başqa sözlə, “erməni dövləti” fikirini ortaya atanlar, məhz erməni kilsəsi və erməni ruhanilər olmuşdur. Tarixdə özlərini xristianlığı ilk qəbul edən millət kimi göstərməyə çalışan ermənilər bu məsələdə də xristian türklərin daha dəqiq desək qriqoryan qıpçaqların mənəvi dəyərlərinə sahib çıxmağa çalışırlar. Bu məsələdə erməni kilsəsi xüsusi rol oynayır. Lakin əldə olunan geniş tarixi məlumatlar Qriqorinin mənşəcə Arsaq olduğunu ortaya qoyur.

Davamı

Niderland parlamentinin üzvü:“Ermənistan bizi xəyal qırıqlığına uğratdı”

06.06.2014 | 05:42

1402058236_vuqar-56488dsArtıq bir neçə ildir ki, Niderlandda yaşayıram. Bura gələndən yerli insanların, siyasət adamlarının ölkəmiz barədə yetərincə məlumatlı olmadığını hiss etmişdim. Anlaşılandır, ölkəmiz yeni müstəqillik əldə edib

Ancaq qonşu Ermənistanı tanımayan yoxdur bu məmləkətdə. Bura gəldiyim ilk aylardan qarşıma ölkəmizi tanıtmaq, onun problemlərini həm sadə niderlandlılara, həm də siyasət adamlarına, gücüm yetən qədər, çatdırmağı məqsəd qoydum və bu istiqamətdə bu günə qədər

Davamı

Rusiya rəsmilərinin bəyanatı Ermənistanı təşvişə salıb

06.06.2014 | 05:35

1402054468_artak-zakaryanXəbər verildiyi kimi ötən gün keçirdiyi brifinqdə Rusiya XİN-in mətbuat katibi Aleksandr Lukaşeviç “Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı strateji tərəfdaşıdır” bəyanatı ilə çıxış edib. Eyni fikri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin də Milli Məclisin sədri Oqtay Əsədov başda olmaqla Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə də bildirib. Lakin bu açıqlamalar Ermənistanda narahatlıq yaradıb. Beləki Rusiya rəsmilərinin bu fikirləri erməni mediasının, Ermənistanın hakim Respublikaçılar Partiyasının ciddi narazılığına səbəb olub.

Davamı

Əsir düşən Qarabağ florası

05.06.2014 | 09:41

10153449_10203923128221316_1949226986_nİnsanların vətəni, qohum-əqrəbası, yaxını olduğu kimi, bitkilərin də var. Bitkilər də qürbət acısı çəkir, yad nəfəslərdən darıxır, yağı çəkmələri altında əzilir, kədərlənir, əzaba düçar olur. Əvvəllər yaşlı adamlar deyəndə ki, ağaclar, güllər, otlar, bitkilər nəfəs alır, ətrafda baş verənləri duyur, insanlara alqış və qarğış edir, buna inanmaq istəmirdik, elə bilirdik ki, onlar nağıl, əfsanə danışır.

Ancaq mütəxəssislərlə söhbət zamanı deyilənlərin quru söz olmadığını anladıq. Doğrudan da bitkilər danışır, gülür, ağlayır, insanları təhlükədən qoruyur. Azərbaycan torpaqlarında bitən bitkilər də eyni hissləri yaşayır. Elə bitkilər, flora növləri var ki, məhv olma təhlükəsilə üzləşib. Məlumatlara görə, hazırda Azərbaycan təbiətində çoxlu sayda nəsli kəsilmək təhlükəsilə üzləşən bitki növü var. 1989-cu ildə nəşr olunan Azərbaycan Respublikasının “Qırmızı Kitab”ında nəsli tükənmək təhlükəsində olan 140 bitki növünün adı qeyd edilib.

Davamı