Azərbaycanca

DANIŞIR ŞAHİDLƏR

Şahid danışır…

22.05.2012 | 13:54

1337676809_306648_3735172748662_1556388463_61625240_12104748_nOrucova Xədicə Həsən qızı. 1968 – ci ildə Xocalıda anadan olub. Əsgəran rayon Xocalı kənd 8 saylı orta məktəbini bitirib. Hal – hazırda müalicə məqsədi ilə İstanbuldadır

 

 

Davamı

Muğan Pənahov: “Ermənilər bizə tələ qurmuşdu’

18.05.2012 | 14:59

1337333376_images-1“…İrəlidə meşədə bir yazıya rast gəldik. Orada “sağa dönün” yazılmışdı. Sevindik, düşündük ki, bizdən əvvəl xilas olan insanlar sonradan gələnlərə kömək etmək üçün yazıb bunu. Ancaq o istiqamətdə irəliləyəndə atılan atəş yanıldığımızı göstərdi…”

 

Davamı

Meyitlərdən tonqal düzəltmişdilər…

18.05.2012 | 13:37

“Maşını Xankəndinə gedən yolda Xocalıda saxladılar.Üstümüzdəki çadırı açdılar. Yanacaqdoldurma stansiyasının yanında idik. Silahlı ermənilər ətrafda meyitləri qalaq-qalaq toplayıb, üstünə benzin tökür, yandırırdılar. Hamımız şokda idik. Həmin anları görməmək üçün Allaha yalvarırdım ki, ölüm…” Qədim Abbasov 1942-ci ildə anadan olub. Ailəsi ilə birgə Xocalıda yaşayıb. Beş övlad atasıdır. Xocalıya hücum zamanı qızı və bir çox qohumları qətlə yetirilib.

 

— Xocalıda vəziyyət necə idi?

 

–Tez-tez kəndə basqınlar olurdu. Əvvəlcə işığı və qazı kəsdilər. Yollar bağlanmışdı. Hər tərəfdən mühasirədəydik. Hücum vaxtı hara qaçdınız?

 

-Hamımız, ailəli-uşaqlı kənddə poçt binasının önünə toplaşmışdıq. Nə edəcəyimizi bilmirdik. Hərə hansı istiqamətə bacardısa, ermənilərdən qaçıb canını qurtarmaq istəyirdi. Gecə təxminən 2-də kəndi tərk edib, Kətik meşəsinə tərəf qaçdıq. Həyat yoldaşım, qızım və nəvəm yanımda idi. Orda camaat pərən-pərən oldu, çoxları dəstə halında ayrı-ayrı istiqamətlərə yollandı. Dayımgil Əsgəran tərəfə qaçdı. Sonra biləcəydim ki, o tərəfdə ermənilər onları qətlə yetirmişdilər. Meşədə atılan mərmilərdən biri partladı, qarnımdan və ayağımdan yaralandım. Yeriyə bilmirdim, qan içində idim. Güllə səslərindən qulaq tutulurdu. Meşədə gözümün qabağında üç nəfər—biri Zəhra Salahova, ikisi gənc oğlan yerindəcə keçindi. Qəfildən başımızı alan əli silahlı ermənilər bizi əhatəyə aldı, qaça bilməyib, girov düşdük. Mənimlə birgə girov düşən adamları əvvəlcə Dəhraz kəndində mal pəyəsinə gətirdilər. Bizimlə birgə çoxlu qadın və uşaq var idi. İçəri girib 3-4 nəfər qadın və qızı seçib zorla apardılar. Başlarına nə oyun açmışdılar, bilmirdik, silahlılar qapını açıb onları içəri itəliyəndə hamısı ağlayırdılar. Onların iffətlərini, namuslarını kirlətmişdilər. Sonra aramızda olan 13 nəfər gənci seçib apardılar. Onlardan hələ də xəbər yoxdur. Üç gün sonra məninmlə birgə 19 nəfəri “KAMAZ” yük maşınına doldurub Xankəndinə apardılar.

 

— Girovluqda ermənilər sizinlə necə davranırdılar?

 

— Maşını Xankəndinə gedən yolda Xocalıda saxladılar.Üstümüzdəki çadırı açdılar. Yanacaqdoldurma stansiyasının yanında idik. Silahlı ermənilər ətrafda meyitləri qalaq-qalaq toplayıb, üstünə benzin tökür, yandırırdılar. Hamımız şokda idik. Həmin anları görməmək üçün Allaha yalvarırdım ki, ölüm… Bizə bu səhnəni göstərməklə əzab vermək istəyirdilər. Bizi ac-susuz Xankəndində türmədə saxlayırdılar. Hər günümüz döyülməklə keçirdi. Gündə kameralara girir, hamımızı döyür, işgəncə verirdilər. Mənim olduğum kameraya üç nəfər girir, səhər saat 4-ə kimi vəhşicəsinə döyür, dişlərimi kəlbətinlə sökürdülər. Həftələrlə özümə gələ bilmirdim. Növbətçi olan erməni polislər başımızdan soyuq suyu tökür, kim ayılırdısa, təkrar döyürdülər.

 

— Neçə müddət girovluqda qaldınız?

 

— 48 gün məni girov saxladılar. Mənimlə birgə qardaşım Ələmdar və qardaşım oğlu Elbrus da girovluqda idi. Qardaşım oğlunu qaytaranda elə vəziyyətdə idi ki, huşu özündə deyildi, elə bildik ki, ölüb. Qardaşımı isə girovluqda armaturla o qədər döyüb, işgəncə vermişdilər ki, qaytarılandan sonra üç aydan çox xəstəxanada müalicə aldı. Qayıdanda öyrəndim ki, qızımı həmin gecə qətlə yetiriblər.

 

— Xocalı qətliamının şahidləri deyir ki, meşədə qaçanda ermənilər azərbaycanca səsləyir, insanları aldadaraq, pusquya düşürüb qətlə yetirirmişlər.

 

–Bəli, mən şəxsən bunun şahidi olmuşam. Dağlıq Qarabağda yaşayan ermənilər orta məktəblərdə Azərbaycan dilini də öyrənirdilər. Sovet dövründə onlara elə təbliğat aparılırdı ki, onlar yerli xalqdan, Azərbaycan türklərindən seçilməsin. Bütün bunlar mənə Xocalının, Dağlıq Qarabağın işğalından sonra daha çox aydın oldu. Meşədə çağırıb “ ordan getməyin, ermənilər qabağınıza çıxar, bu tərəfdən gedin”–deyib bizi çaşdırırdılar. Elə bilirdik ki, o biri dəstə ilə gedən camaatımızdır. Həmin istiqamətə gedəndə atışmaya düşürdük. Xocalı qətliamı insanlığa sığmayan cinayətdir. Erməni vəhşiliyinə” dur!” deməyin zamanı çoxdan gəlib çatıb.                                    

 

     Əfsanə BAYRAMQIZI