Azərbaycanca

“Çeçen” Arifin döyüş yolu

22.08.2013 | 14:26

1377168742_11111111111Öz milləti yolunda canını fəda edən qəhrəmanlar günümüzdə  də hər kəs üçün örnəkdir. El arasında “çeçen Arif” kimi tanınan Arif Vəli oğlu Məhərrəmov belə qəhrəmanlardandır.

  1965-ci il sentyabrın 23-də Qərbi Azərbaycanın Göyçə mahalında doğulan A.Məhərrəmov Bakıda böyüyüb boya – başa çatıb.1983-85-ci illərdə Uzaq Şərqdə və Əfqanıstanda hərbi xidmətdə olub. 1988-ci ildən xalq hərəkatına qoşulub. 1990-cı il 20 Yanvarda yaralanaraq II qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabagda döyüşüb. Respublika rəhbərliyi tərəfindən Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997- ci ildə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb.

 Qeyd edək ki, A.Məhərrəmov  Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olub və buranı fərqlənmə ilə bitirib. Hazırda Azərbaycan Respublikası Əlil və Şəhid  ailələrinin Vətənpərvərlər  Cəmiyyətinin sədridir."Çeçen" Arifin döyüş yolu

– Arif müəllim, xalq hərəkatı illərini necə xatırlayırsınız?

 

Mən, Xəlil Rza Ulutürk və Gəncədən olan din xadimi Hacı Tahir Abbasov Qərbi Azərbaycandan gələn qaçqınların Qarabağda yerləşdirilməsi ideyasını irəli sürdük  və bu tələblə Bakı Sovetinin binası qarşısında (indiki Bakı şəhər İH) mitinqlər təşkil etdik. Biz Qərbi Azərbaycandan köcürülən həmyerlilərimizin Qarabağda yerləşməsi üçün Bakı Sovetindən məktub aldıq. Sonradan bizi Qarabağa buraxmadılar. Amma biz məcburən 1989-cu ildə Ağdamdan 25 avtobusla Əsgəran istiqamətinə yola düşdük. Qadınları geri qaytardılar, kişiləri isə həbs etdilər. Məni o vaxt Moskvanın Qarabağ üzrə nümayəndəsi Arkadi Volskinin gözü qarşısında döyüb alqana bulaşdırdılar. Mən o zaman Volskini bu faciələrlə bağlı ağır ittiham etdim. Volski dedi ki, bunları göndərin Yerevana, qoy ermənilər haqqhesab çürütsünlər. Sonradan yalnız Agdam əhalisinin israrlı tələbi və mərhum deputat Eldar Bağırovun bu işə müdaxiləsi nəticəsində həbsdən azad olunduq. Amma yenə də  xeyli ailəni Xocalıya  yerləşdirdik. Yenidən Bakıya qayıdıb meydan hərəkatına qoşuldum.

"Çeçen" Arifin döyüş yolu– Sizi hansı səbəbə gorə 20 Yanvar hadisələri zamanı həbs etdilər?

 

– Mən meydan hərəkatının fəallarından idim. 20 Yanvar gecəsinin səhəri sovet əsgərləri evimizin qarşısına asdığım üçrəngli bayrağı təhqir etdilər. Aşağı düşüb bayrağı yerdən qaldırmaq istədim. Bu vaxt üstümə güllələr yağdırıb yaraladılar. Məni o qədər vurdular ki, artıq huşumu itirdim. Hətta bununla da kifayətlənməyib məni ağır zirehli texnikanın (BTR) qarşısına atıb üstümdən keçmək istəyirdilər. Buna həyat yoldaşım mane oldu və məni BTR-in altından ehtiyatla çıxarıb binanın dəhlizinə apardı.  Bu vaxt rus əsgərləri həyat yoldaşımı  görüb,binanın dəhlizini atəşə tutdular. Həmin an həyat yoldaşım atılan gülələrin təsirindən yıxılaraq kəskin beyin xəsarəti aldı. Hal-hazırda ömürlük II qrup əlildir.

Sonradan məni yaralı halda həbs edərək indiki Səbayil rayon polis idarəsinə apardılar. Orada Moskvadan xüsusi gəlmiş DTK əməkdaşları məni aramsız döyürdülər. Yoldaşımı və uşağımı da polis idarəsində gözümün önündə divara çırpırdılar. Yoldaşım orda ikinci xəsarəti aldı. Mənə deyirdilər ki, imperiya üçün ən təhlükəli canilər vətənpərvər insanlardırlar. Bu anlarda mən azərbaycanlı polisləri köməyə çağırdım. Polis idarəsinin rəhbərliyindən İntiqam Mirsalayev onlarla əlbəyaxa savaşdı. Daha sonra polisin məsul işçilərindən Emin Şəkinsiki köməyə gəldi. Bizim polislərin gücünü görən DTK əməkdaşları geri çəkildilər. Buna baxmayaraq məni uydurma ittihamlar ilə həbs etməyə çalışırdılar.

Nəhayət, Bakı şəhər hərbi komendatının əmri ilə mənə 30 günlük həbs verdilər, amma bu 30 gün 7 ay uzandı. Ordan məni Moskvaya apardılar. Bu həbs müddətində Moskvada daha ağır işgəncələrə məruz qaldım. Moskvada mənə ağır işgəncələr verib hərəkat liderlərinin üzünə durmağa vadar edirdilər. Məni məcbur edirdİlər ki, “Vremya” (“Zaman”-red.) verilişində danışıb xalqın mübarizəsini pisləyim. Mən də bunu edə bilməzdim.  Ölümümə razı oldum, amma xalqımı satmağa yox. Burnumdan, ağzımdan, gözümdən, qulağımdan qan sızırdı, yenə də mən demirdim ki, cərəyanı saxlayın.  O anda xalq yolunda ölmək mənə şərəf idi. Mən ölümün şərəfini istəyirdim."Çeçen" Arifin döyüş yolu

O ağır günlərlə bağlı maraqli bir epozodu da qeyd edim. Mən hərbi xidmət illərində Əfqanıstana ezam olunan zaman iki rusu xilas etmişdim. Həbsdə elektrik cərəyanını mənə vuranda “La İlahə illəllah, Məhəmmədən rəsulullah” kəlməsi, Quranın “Fatihə” surəsi mənim dilimdən düşmürdü. Mənə cərəyanı qoşan “Cəllad” ləğəbli rus polkovniki ironiya ilə deyirdi ki, hanı sənin Allahın? Mən də dedim ki, əgər qatı islamçı olsaydın, Əfqanıstanda iki rusu odun-alovun içindən xilas etməzdim. Bunu deyəndə rus duruxdu. Sonra işgəncəni saxlayıb soruşdu ki, bu hadisə neçənci illərdə olub? Mən dedim ki, 1984-cü ildə. O nəsə qeyd edib getdi. Sonra bir general otağa daxil oldu. Mənə dedi ki, onlar bu məsələni araşdırırlar, əgər düz olsa məni azad edəcəklər. Məni Sumqayıt hadisələrində həbs edilmiş ikinci Əhmədov adlandırırdılar… Ona görə də mənim öldürülmək əmrim verilmişdir. Sonradan ruslar mənim haqlı olduğumu biləndə general gəlib dedi ki, Allah həmişə səninlə olub. Sonra həkim cağırıb mənə yardım etdilər. Dedilər ki, cərəyanı qaldıranda Allahı çağırırdın. “Allah var və o gözəgörünməz hamımızın Allahıdır. Biz səhfimizə görə də öz cəzamızı alacağıq” deyə bildirdilər. Mənim xilas etdiyim ruslardan biri həmin generalın bacısı oğlu imiş. Bu da Allahın bir təsadüfdür. Amma qəribədir ki, insanlar bir-birinə təşəkkür etmək əvəzinə qəddarlıq edirlər.

–  Qarabağın hansı bölgələrində döyüşmüsünüz?

 

–  Həbsxanadan azad olandan sonra 7 ay xəstəxanda yatdım.  “20 yanvar” hadisələri zamanı zədə almışdım. Bakıda könüllülər dəstəsi yaradılmışdı. Tam sağalmadan mən getdim ora, amma əlilliyim olduğu üçün məni qəbul etmədilər.Buna baxmayaraq 1992-ci ilin yanvarında gedib Ağdamda “Eldar Bağırov adına könüllülər batalyonu”nun tərkibində Qarabağ müharibəsinə qatıldım. Xocalı faciəsi zamanı Qaraqaya tərəfdə mühasirəyə düşmüş qadın və uşaqları böyük əziyyətlər, ağır döyüş əməliyyatları bahasına mühasirəni yararaq Ağdama sağ-salamat çatdırmışıq. Amma bu döyüşdə ağır yaralandım. Həkimlərin sayəsində yaralarım sağalandan sonra yenidən səngərə qayıtdım.  Döyüşçü dostlarım mənə “Sən artıq öz borcunu hələ 20 Yanvarda vermisən vətənə. Son qanlı döyüşdə də artıqlaması ilə ödəmisən. Yorulmadınmı?” kimi etirazlarına tək cavabım bu oldu: “Mən vətənə xidmətdən yorulmuram!”. Xocalı uğrunda gedən döyüşlərdə yaralandıqdan sonra mənə Azərbaycanın Milli Qəhrəmanı adı verirdilər. Amma rəsmi surətdə imtina etdim qəhrəman adından.

Döyüşməklə bərabər əsgərlərimizə maddi və mənəvi yardımlar göstərirdim. 1994-cü ildə qardaşım Akif (bir müddət sonra döyüşlərin birində şəhid oldu) zəng etdi ki, özünü Murovdağ-Toğanaya yetir. Sonra səs kəsildi. Mən aidiyyatı orqanlardan öyrəndim ki, Hacıkənd və Toğanada vəziyyət çox pisidr. Əsgərlərin geyimi olmadığından ayaqları donubmuş. Mən həmin pula yun saplar aldım. O vaxt Nərimanov rayon icra başçısı olan Mübariz Rəcəbovun qəbuluna getdim. O da bütün məktəb direktorlarını təcili toplayaraq tapşırıq verdi ki, əsgərlərə corab və canlıq toxunmasına yardım etsinlər. Sonradan mən yun sapları məktəb direktorlarına payladım. Üç gün ərzində camaat gecə-gündüz çalışaraq 4300 cüt corab, canlıq və əlcək toxudular. Biz böyük çətinliklə bu geyimlər və ərzaqla dolu iki maşın yardımı əsgərlərmizə çatdırdıq.

1994-cü ilə qədər davam edən döyüş əməliyyatlarında daim ön sırada olmuşam. Yalnız atəşkəs haqqında saziş imzalandıqdan və bütün cəbhə boyu döyüş əməliyyatları dayandırıldıqdan sonra Bakıya döndüm.

Mən bir neçə dəfə yaralanaraq əlil olmağıma baxmayaraq bu gün də müharibəyə getməyə hazıram. Səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini gözləyirəm.

"Çeçen" Arifin döyüş yolu– Niyə görə Azərbaycanın Milli Qərəmanı adından imtina edibsiniz?

 

– Əlimdə Müdafiə Nazirliyinin imtina haqda imzalı sənədi var. Dedim ki, torpaqlar işğaldan azad olmadan mən bu şərəfli adı qəbul edə bilmərəm. Ana-bacılarımız girovluqdadırsa, mən necə bu adı almağa razı ola bilərdim?

  Bizim qəhrəmanlığımız qələbəmizdə baş verəcək. Qoy qələbəni, qələbəni istəyənlərin öhdəsinə buraxsınlar. Sonradan müdafiə nazirinin əmri ilə “Şah İsmayıl Xətayi” adına fəxri fərmana layiq görüldüm. Həmçinin Çeçenistanın milli qəhrəmanı, eləcə də fəxri vətəndaşıyam. Qafqaz xalqlarının həmrəyliyi yolunda bu adlar mənə verilib.

 Vətənpərvərlik sözdə yox, əməldə olmalıdır.İnsanlar təkcə nəsil baxımından deyil, həm də vətənpərvərlik baxımından doğma olurlar. “Döyüşçü” sözü mənim üçün Vətənini qoruyan, xalqını təhlükədən xilas edən, xalqının gələcək rifahi və xoşbəxt olması üçün, şirin canından keçən vətən övladıdır. Azərbaycan adlı ölkənin yeraltı sərvətləri bəllidir, ancaq onun yerüstü sərvətləri isə vətənpərvər insanlardır. Azərbaycan xalqının ən böyük sərvətləri onun ugrunda canından keçən qəhrəman döyüşçülər və yaralı igidlərimizdir.

– Necə oldu ki, Çeçenitsanda gedən döyüşlərdə iştirak etməli oldunuz?"Çeçen" Arifin döyüş yolu

 

–  Ağdamda mənim çeçen dostlarımdan bir çoxu həlak olmuşdu, bəziləri də yaralanmışdı. Onların niyyəti öz müstəqillikləri uğurunda mübarizə aparmaq idi. Çeçenlər döyüşməyi Qarabağ müharibəsində öyrəniblər.

Mənim çeçen müharibəsinə getməyimin bir səbəbi oradakı dostlarıma kömək etmək idi. Yəni mənim o dostlarıma bir can borcum var idi. Ən vacib səbəbsə, çeçen dostlarım mənə məlumat vermişdilər ki, ruslar tərəfdən döyüşən erməni könüllüləri var. Onlar çeçenlərə qarşı vuruşurdular. Həmçinin  Xocalıda əhaliyə divan tutmuş ermənilərdən də olduğunu bildirdilər. Bu mənim üçün daha vacib xəbər oldu.O müharibədə sanki mən şikarımın arxasınca düşmüdüm. Ermənilər mənim şikarım idi. Mən bir canavar kimi onların izinə düşdüm və onların Çeçenistanda məhv olmasına nail oldum. Onların arasında iki erməni generalı, 10-15 erməni zabiti, haradasa 100-dən çox əsgər heyəti var idi. Xatırladım ki, mən bu haqda heç kimə demirdim. Yazib qoymuşdum və demişdim ki, mən öləndən sonra bunu yayarlar. Amma ilk dəfədir ki, sizin “Karabakhinfo.com” e-jurnalına bu məlumatları bildirirəm.

"Çeçen" Arifin döyüş yolu– Necə yaşayırsınız?

Mən özüm və həyat yoldaşım prezident təqaüdü alırıq. Bu, dövlət başçısının bizə olan diqqət və qayğısının təzahürüdür. Bu yaxınlarda şəhid uşaqlarının işə bərpa olunma məsələsi gündəmə gəldi. Axı bizim də uşaqlarımız var. İstərdik ki, övladlarımız əlil olduğumuza görə sıxılmasınlar. Həmçinin istərdik ki, əlillərə dövlət qayğısı daha da artırılsın. Bizim xalqımız özünün rahat yaşaması və onun sağ-salamat qalması üçün özünü fəda edən veteran döyüşcülərin qədrini bilməlidir!

 

Fuad Hüseynzadə


“KarabakhİNFO.com”

 

22.08.2013 14:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*