Azərbaycanca

Çexiya Dağlıq Qarabağda qondarma “seçkilər”i tanımır

04.05.2015 | 18:30

elections_141012

Çexiya Respublikası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində keçirilmiş qondarma “parlament seçkiləri”ni tanımır və onları legitim hesab etmir. Trend-in məlumatına görə, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, bu cür birtərəfli hərəkətlər qarşılıqlı etimadın güclənməsinə və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müsbət mühitin yaranmasına kömək etmir.

Çexiya Respublikası bu münaqişənin sülh yolu ilə, beynəlxalq qanunun prinsipləri, o cümlədən suverenlik, ərazi bütövlüyü və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı əsasında həll edilməsinin tərəfdarıdır.

Trend.az

04.05.2015 18:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*