Azərbaycanca

Çexiya Dağlıq Qarabağdakı qondarma “seçkilər”i tanımadı

16.09.2015 | 13:17

Elections_120513

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “yerli özünüidarə orqanlarına seçkilər” ilə bağlı bəyanat verib. Bu barədə Trend Azərbaycanın Çexiyadakı Səfirliyinə istinadən məlumat verib.

Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 13 sentyabr 2015-ci il tarixində belə adlanan “yerli özünüidarə orqanlarına seçkilərin” keçirildiyi bildirilib, bu kontekstdə Çexiya XİN tərəfindən baş tutmuş bu “seçkilərin” konstitusiya və hüquqi çərçivəsinin tanınmadığı bəyan edilib.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu və qrupun həmsədrlərinin istifadə etdiyi beynəlxalq hüququn prinsipləri əsasında sülh yolu ilə tənzimlənməsinin Çexiya Respublikası tərəfindən dəstəkləndiyi bildirilib.

Trend.az

16.09.2015 13:17

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*