Ceyms Uorlik özünün “Twitter” səhifəsində ermənilərin pilotsuz uçuş aparatından istifadə etməsi haqda yazıb
“Dağlıq Qarabağda, qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə edilməsi təxribatdır”.
KarabakhİNFO.com beynəlxalq elektron jurnalının APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
“Tərəflər gərginliyi azaltmalıdır”, – deyə amerikalı diplomat vurğulayıb.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi yanvarın 29-da cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb.