Azərbaycanca

Ceyms Uorlik: “Danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb”

16.09.2014 | 18:15

4e7f463c473ea41ea322ad154ec6e6d3“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Artıq münaqişəli ölkələrin dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində keçirilən nadir görüşlər kifayət etmir, tərəflərin müstəqil şəkildə müəyyənləşdirəcəyi formatda rəsmi danışıqlara ehtiyac var”.

APA-nın “Regnum”a istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanda deyib.

 

C. Uorlik iki ölkə ictimaiyyətinin danışıqların gedişi barədə məlumatlandırılmasını, eləcə də atəşkəs rejiminə əməl olunmasını vacib sayıb. O qeyd edib ki, həmsədrlər prosesin yekun nəticəsini qabaqcadan müəyyən etmək istəmir və problemin həllinə gətirib çıxaracaq danışıqların aparılmasına tərəfdardır. Diplomat bu münaqişənin mürəkkəb bir problem olduğunu anladığını, lakin həll üçün hazırda yaxşı imkan yarandığını söyləyib.

 

C. Uorlik hesab edir ki, prezidentlərin görüşməsi və danışıqları davam etdirməsi çox vacibdir: “Məsələnin yekun həllinə yalnız dövlət başçıları səviyyəsində nail olmaq mümkündür və buna görə məsuliyyəti də məhz onlar öz üzərinə götürməlidir. Mən başa düşürəm ki, insanlar artıq qıcıqlanır, çünki 20 ildir danışıqlar gedir. Lakin biz hər iki tərəf üçün ağır nəticələr verən müharibənin təkrarlanmasını istəmirik. Danışıqlar asan getmir, buna baxmayaraq, əvvəl dediyim kimi, hazırda bu prosesdə “işıqlı pəncərə” yaranıb”.

 

C. Uorlik bəyan edib ki həmsədrlər onun may ayında Vaşinqtondakı Karnegi Fondunda səsləndirdiyi 6 prinsip ətrafında razılıq əldə etmək üzərində çalışır. Onun fikrincə, danışıqlarda tərəqqi və uzunmüddətli sülh o zaman əldə oluna bilər ki, münaqişə tərəfləri – erməni və Azərbaycan cəmiyyətləri arasında etimad yaransın.

Amerikalı həmsədr iki həftə sonra Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcəklərini də nəzərə çatdırıb.

 

“KarabakhİNFO.com”

 

 

16.09.2014 18:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*