Azərbaycanca

Həmsədr: Minsk qrupu tərəflər arasında etimadın yaradılması üzrə yeni təkliflər verib

26.10.2015 | 15:55

trend_james_warlick_main

ATƏT-in Minsk qrupu danışıqlar prosesinə əlavə olaraq Azərbaycan və Ermənistan arasında etimadın yaradılması üzrə bir sıra tədbirlər təklif edib. Trend-in məlumatına görə, bunu amerikalı həmsədr Ceyms Uorlik “Azernews”-a müsahibəsində deyib.

Onun sözlərinə görə, həmsədrlər ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyinə ümid edirlər.

C.Uorlik tərəflərin bir ildən artıq müddət ərzində görüşməməsinə görə həmsədrlərin təəssüf etdiyini bildirib: “Tərəflər bir-birinə dialoqu intensivləşdirməyi vəd ediblər”.

O, qeyd edib ki, əgər tərəflər münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlıdırlarsa, o zaman onlar üçün görüşmək və əsas məsələləri müzakirə etmək çox vacibdir: “Prezidentlərin hər bir görüşü vacibdir, lakin təkcə belə görüşlər kifayət etmir. Strukturlaşdırılmış danışıqlar lazımdır ki, bu çərçivədə tərəflər nizamlanmanın hissəsinə çevrilə biləcək mürəkkəb məsələlər üzərində işləyə bilsinlər”.

Amerikalı həmsədr ümid etdiyini bildirib ki, hər iki ölkənin dövlət başçısı nizamlanmaya nail olmaq üçün siyasi iradə nümayiş etdirəcəklər: “Hər iki ölkənin xalqı sülh və sabitlik şəraitində birgə yaşamağa layiqdirlər”.

Diplomat münaqişəni dondurulmuş hesab etmir: “Həmsədrlər tərəflərlə münaqişənin nizamlanması üzrə aktiv işi davam etdirir”.

Trend.az

26.10.2015 15:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*