Azərbaycanca

Ceyms Uorlik: Məcburi köçkünlərin problemləri həll edilmədən Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli mümkün deyil

28.10.2015 | 12:59

e7f44e12583a7ce4222a579e60e3d1c2

Məcburi köçkünlərin problemləri həll edilmədən, onlara öz evlərinə qayıtmaq hüququ verilmədən Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli mümkün deyil.

Trend-in məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələri ilə görüşdə deyib.

C.Uorlik bildirib ki, danışqlar aparanda öz evlərini tərk etmiş şəxslərin qayətması məsələsinin həll edilməsinin zəruriliyini qeyd edirik: “Həmçinin, görüşdə xalq diplomatiyası məsələsini gündəmə gətiririk və bunu çox vacib məsələ hesab edirik”.

Həmsədr əlavə edib ki, həmsədr ölkələr – Rusiya, Fransa və ABŞ arasında fikir ayrılığı yoxdur və onlar nizamlanmaya nail olmaq üçün birlikdə işləyirlər.

Trend.az

28.10.2015 12:59

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*