Azərbaycanca

Ceyms Uorlik: “Öz gücümüz daxilində hər şeyi edirik”

28.10.2015 | 19:45

publika.az1401257736ceyms

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bütün region üçün böyük əhəmiyyət kəsb edir. Trend-in məlumatına görə, bunu Bakıda olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O, qeyd edib: “Biz gələcək nəsillər naminə sülhə nail olmalıyıq. Sülh hər iki xalqa fayda verəcək. Azərbaycan və Ermənistan xalqları bir-birini tanımaq üçün əlaqə yaratmalıdırlar”.

Həmsədr əlavə edib: “Mən bizim ünvanımıza səsləndirilən tənqidləri anlayıram. Biz bu münaqişəni həll etmək üçün öz gücümüz daxilində hər şeyi edirik. Vacib olan bizim bəyanatlarımız deyil, dövlət başçılarının atdığı addımlardır”.

28.10.2015 19:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*