Azərbaycanca

Ceyms Uorlik: “Ümid edirəm ki, Paris görüşü bizi sülhə yaxınlaşdıracaq”

27.10.2014 | 11:54

uorlikATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin Paris görüşünün Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində tərəflərin mövqeyini yaxınlaşdıracağına ümidini ifadə edib.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu barədə o “Twitter” səhifəsində bildirib.

 

 

C. Uorlik danışıqlarda iştirak etmək üçün artıq Parisdə olduğunu da vurğulayıb.

 

 

“Artıq Parisdəyəm. Prezident Olland prezident Sarkisyan və prezident Əliyevlə görüşlər keçirəcək. Ümid edirəm ki, onlar bizi sülhə yaxınlaşdıracaqlar”, – deyə diplomat yazıb.

 

 

Qeyd edək ki, prezidentlərin görüşü bu günə nəzərdə tutulur.

 

“KarabakhİNFO.com”

 

 

27.10.2014 11:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*