Azərbaycanca

Çikaqoda “Xocalıya ədalət” yürüşü keçirilib

26.02.2018 | 14:42

Fevralın 25-i 2018-ci ildə Xocalı soyqırımının 26-cı ildönümündə ABŞ-ın ən böyük şəhərlərindən olan Çikaqoda (İllinoys ştatı) yaşayan azərbaycanlı və türk icmasının nümayəndələrinin iştirakı ilə “Xocalıya ədalət” yürüşü keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya bildirilib ki, yürüş zamanı şəhərin mərkəzi küçəsi olan məşhur Miçiqan prospektində toplaşan soydaşlarımız “Xocalıya ədalət”, “Xocalını unutmayın” və digər şüarlar yazılmış plakatlar tutublar.

İştirakçılar arasında Türkiyə Cümhuriyyətinin Çikaqodakı Baş Konsulu Umut Acar iştirak edərək yürüş iştirakçılarına dəstək olub.

26.02.2018 14:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*