Azərbaycanca

Çilidə Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məqalə dərc olunub

09.02.2016 | 17:26

aa9c6ef9e07e728ed737c71aca4c3867

Çilinin “Xalq Demokratiyası uğrunda Araşdırmalar Mərkəzi”nin internet səhifəsində Azərbaycanın Çilidəki diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” başlıqlı məqaləsi dərc edilib.

Azərbaycanın Çilidəki səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal edilməsi məqsədilə hərbi təcavüzü haqqında bəhs olunaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nın 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalıda etnik azərbaycanlılara qarşı soyqırımın törədildiyi qeyd olunub.

Xocalı soyqırımının XX əsrin ən qəddar faciələrindən biri olduğu adlandırılaraq, soyqırım nəticəsində 613 nəfər Xocalı sakininın qətlə yetirildiyi, onların arasında 106-sı qadın, 83-ü uşaq olduğu qeyd olunur. 56 nəfərin misli görünməmiş vəhşiliklə öldürülməsi, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini, 130 uşağın isə valideynlərindən birini itirdiyi bildirilib.

Vurğulanıb ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20% -in işğal edilməsi nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş və buna baxmayaraq, hazırda Ermənistanda bir nəfərdə olsun azərbaycanlı qalmadığı halda Azərbaycanda 30 min ermənilər dinc şəraitində yaşayır.

Məqalədə dünya mətbuatının Xocalıda baş verən qətliama münasibətindən də bəhs olunaraq, Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın Xocalı soyqırımında iştirakını təsdiq edən və britaniyalı tədqiqatçı-jurnalist Tomas de Vaala verdiyi məşhur müsahibəsindən etirafı da yer alıb.

“Bu dəhşətli cinayətə cəlb edilən bütün şəxslər indi yalnız öz vicdanı qarşısında məsuliyyət daşıyır, lakin elə bir gün gələcək ki, onlar törədikləri bütün bu vəhşiliklərə görə tarixin məhkəməsi qarşısında cavab verəcəkdir”, məqalədə deyilir.

apa.az

09.02.2016 17:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*