Azərbaycanca

Çin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarıdır

10.06.2015 | 18:45

china_flag_130613

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Cao Sidini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, C.Sidi Azərbaycana ikinci səfərinin birinci Avropa Oyunları ərəfəsinə təsadüf etdiyini, bu genişmiqyaslı idman tədbirinin Azərbaycan tərəfindən uğurla keçiriləcəyinə əminliyini ifadə etdi. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinin nəzərəçarpacaq dərəcədə inkişafının dövlətçilik qüdrətinin artmasına bariz nümunə olduğunu qeyd edən C.Sidi bu xüsusda ümummilli lider Heydər Əliyev tərəfindən yürüdülmüş siyasi uzaqgörənlik və müdrikliyi xüsusi vurğuladı.

Görüş zamanı, həmçinin BMT Təhlükəsizlik Şurasının islahatlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı. C.Sidi BMT Təhlükəsizlik Şurasının islahatı və bu xüsusda cərəyan edən proseslər barədə öz ölkəsinin mövqeyini ifadə etdi.

Nazir E.Məmmədyarov beynəlxalq sülh və təhlükəsizliyə böyük təhdid olan Ermənistan-Azərbaycan münaqişəsi barədə qonağa ətraflı məlumat verdi. O, münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin hələ də icra edilməmiş qalmasına istinad edərək, Azərbaycan tərəfinin BMT Təhlükəsizlik Şurasının effektivliyinin artırılmasına gətirib çıxaracaq islahatların aparılmasında maraqlı olduğunu bildirdi.

Çin nümayəndəsi bildirdi ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra edilməsinin və münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinin tərəfdarıdır.

Görüş zamanı tərəflər iki ölkə arasında siyasi dialoq və praktiki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Trend.az

10.06.2015 18:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*