Azərbaycanca

Çində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

25.02.2015 | 12:09

14248502342698632739_750x500Azərbaycanın Çindəki səfirliyində Xocalı faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

 

 

 

 

 

 

 

 

 

 

14248502345735822048_750x500Tədbir iştirakçıları əvvəlcə faciəni əks etdirən fotostend, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində çap edilmiş bukletlər, posterlər, plakatlar, habelə Xocalı mövzusunda kitablardan ibarət sərgi ilə tanış olublar.

 

 

Bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin, Türkiyənin Pekindəki hərbi attaşe aparatı əməkdaşlarının qatıldıqları tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

İyirmi üç il əvvəl Xocalıda erməni millətçilərinin törətdikləri vəhşiliklər haqqında danışan Azərbaycanın Çindəki səfirliyinin müşaviri Mətin Mirzə bildirib ki, Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayət idi. Xəstə “Böyük Ermənistan” dövləti yaratmaq xülyasının əsiri olan erməni qəsbkarları xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. Soyqırımı zamanı insanlar xüsusi qəddarlıqla öldürülüb, diri-diri yandırılıb, başlarının dərisi soyulub, bədən əzaları və başları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilib.

 

 

 

Diplomat Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyini diqqətə çatdırıb.

 

 

Səfirliyin birinci katibi Fariz Məmmədov “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 3 il əvvəl Çin dilində yaradılan internet səhifələrinin fəaliyyəti barədə danışıb. Bildirib ki, Xocalı soyqırımı ilə bağlı ölkəmizdə və xaricdə keçirilən tədbirlər barədə xəbərlər Çin dilinə tərcümə olunaraq sayta yerləşdirilir. Bu istiqamətdə AzərTAc-ın Çin dilindəki xəbərlərindən də geniş istifadə edilir.

 

 

 

14248502342698632739_750x500Sonda Xocalı hadisələrindən bəhs edən videofilm nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

AzərTAc

 

 

 

 

 

25.02.2015 12:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*