Azərbaycanca

Çingiz Mustafayevin doğum günüdür – FOTOLAR

29.08.2014 | 11:12

1236040_706271512719606_1774960526_nÇingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı «Cəngi» birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. Bu, Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi. Azərbaycanın mədəni-ictimai həyatında oynamağa başladığı rol Çingiz Mustafayevi islahatçı-novator lider simasında təqdim etməkdə idi.

 

 

1452197_750607211619369_1953740821_nErmənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapdı.

 

 

chingiz_01_newDövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə 215 kl studiyasını da tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
010_10_xÇingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapırdı.

 

 

08_8_xÇingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. O cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü.

 

 

07_7_xLaçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Və Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədədə həlak oldu.

 

 

06_6_x 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi.
Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

 

 

02_2_xBu gün Azərbaycanın Şəki şəhərində Qafqazın ilk Moto Festivalının açılışı olacaq. Festivalın açılışı Milli Qəhrəman Çingiz Mustafayevin doğum gününə təsadüf edir.

 

 

Festivala Azərbaycandan və xaricdən baykerlər qatılacaq, o cümlədən, məhşur musiqiçilər – Bon Jovien, Michael Caksonun oxşarının, Rolling Stones və s. canlı ifaları təqdim olunacaq. Təqdbirdə yerli musiqiçilərin də iştirakı gözlənilir.

 

 

02CAUCASUS MOTO FESTi Harley Davidson, “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

 

 

Festival çərcivəsində 29 avqust 21:30–22:30-dək Bon Jovienin, 22:30– 23:30-dək Rolling Stonesin, 30 avqust tarixində saat 21:30–22:30-dək isə Michael Caksonun bənzərinin çıxışı gözlənilir. Bundan əlavə, festival çərçivəsində milli oyunlar, rəqslər nümayiş etdiriləcək və yerli müğənnilərin ifaları səslənəcək.

 

03_3_x

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

29.08.2014 11:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*