Azərbaycanca

“Çingiz sadəcə jurnalist deyildi”

29.08.2014 | 14:58

010_10_xBu gün 29 avqust Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anadan olmasından 54 il ötür. Yaddaşlarda gənc, cəsarətli jurnalist kimi qalan Çingiz Mustafayev qısa həyat yolu ilə silinməz tarix yazdı. Qəhrəmanımızın doğum günü ilə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı olaraq jurnalsitlərin fikirlərini öyrəndik.

 

“KarabakhİNFO.com” elektron jurnalının Baş redaktoru Zaur Qəriboğlu öz açıqlamasında Çingiz Mustafayevi gənc nəsil üçZaur Garibohgluün bir örnək adlandırıb: “Çingiz Mustafayevin keçdiyi qısa yol bugünkü gənclərimiz üçün örnəkdir. 20 faizdən çox torpaqları düşmən işğalında olan bir dövlətin hər bir jurnalisti Çingiz Mustafayev məktəbinin davamçısı olmalıdır. Bu gün bizim əsas mübarizəmiz silahlı mübarizədən daha güclü olan informasiya mübarizəsi olmalıdır. Biz də “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq Qarabağ uğrunda mübarizədə informasiya savaşı aparırıq. Çingiz Mustafayevin müharibə bölgəsindən çəkdiyi kadrlar gənc jurnalistlərimiz üçün məktəb sayıla bilər”.

 
qadir nasirov«Голос Карабаха»-«Voice of Karabakh» qəzetinin Baş redaktoru Qədir Nəsirov qəhrəman jurnalist barədə fikirlərini ifadə edərkən qeyd etdi ki, ixtisasca qeyri-jurnalist olan Çingiz Mustafayev təkcə Azərbaycan jurnalistikasında deyil, ümumən jurnalistikada yeni, o zamana qədər bənzəri olmayan bir səhifənin müəllifi kimi tarixə düşmüş bir insandır. Daha sonra Baş redaktor öz xatirələrini bölüşdü: “Mənim yadıma Sovet rejiminin mövcudluğu şəraitində onun müstəqil televiziya kanalı açmağa nail olması, həmin dövrlər üçün qeyri-mümkün sayılan ən yüksək dövlət postu tutan şəxslərdən, həm də olduqca sərt suallar əsasında müsahibələr götürməsi hadisələri düşür. Sonralar isə Çingizin Qarabağ münaqişəsi ilə bağlı olduqca cəsarətli hərəkətləri, onun ən qaynar nöqtələrdə olması, Azərbaycan döyüşçülərinə, ümumilikdə Azərbaycan gəncliyinə tarix boyu nümunə ola biləcək vətənpərvərlik nümayiş etdirməsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Çingizin qaynar nöqtələrdən, xüsusən Xocalıdan çəkdiyi videokadrlar nəsillərimiz üçün əvəzsiz materialdır. Onun kamerasının çəkdiyi son kadrların da bilavasitə qızğın döyüş məkanından olması bu insanın qorxmazlığının, sonsuz dərəcədə vətənpərvərliyinin bariz göstəricisidir. Zənnimcə, qəzetimizin saylarından birində Ç.Mustafayevə həsr olunmuş məqaləmin “Çingiz – əsl jurnalistikanın, vətənpərvərliyin və şərəfin simvoludur” başlığı onun şəxsiyyətinin yetərli qiymətidir”.

 

 

rahib qeribANS televiziyasının aparıcısı, hərbi jurnalist Rahib Qərib “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında Çingiz Mustafayevi hədəfi göstərən işıq adlandırıb: “Çingiz Mustafayev yaşadığı dövr üçün də, bu gün də və illər sonra da vətəndaş-jurnalist mövqeyini balanslı, tarazlı şəkildə ortaya qoyan jurnalist, reportyor kimi təkrarolunmaz bir yol keçib, yadda qalıb. Onun yolu Azərbaycanın taleyinə laqeyd qalmamaq, baş verənlərin fonunda, müharibə şəraitində Vətənin mənafeyini hər şeydən üstün tutmaq yoludur. Bu yolda təbii ki, addımlayanlar həmişə olacaq. Amma Çingiz çox fərqli keçdi, getdi bu yolu və sonsuz məhəbbət qazanaraq getdi, elə indi də əbədiyaşar xatirəsi ilə nümunə, hədəfi göstərən işıq olaraq başımızın üstündə bizimlə birgə gedir bu yolu, Vətənə xidmət yolunu… Sənətindən, peşəsindən asılı olmayaraq hər kəsi Vətəni sevməyə onu hifz edib qorumağa çağıran ruhu, qulaqlarımızda əks- səda verən çağırışları ilə. “Qayıdın də, nə olar, qayıdın!””.

 

 

Səma Mustafayeva
“KarabakhİNFO.com”

 

 

29.08.2014 14:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*