Azərbaycanca

Con Kerri Azərbaycan və Ermənistan prezidentlərini sülh üçün səylərini artırmağa çağırıb

05.09.2014 | 11:55

con kerriABŞ Dövlət Departamenti sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilmiş görüş barədə bəyanat yayıb.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.

 

 

Bəyanatda qeyd olunur ki, ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış gərginliklə bağlı dərin narahatlığını ifadə edib: “Birləşmiş Ştatlar inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə, dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb”.

 

 

ABŞ Dövlət Departamentinin bəyanatında vurğulanır ki, C.Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə çağırıb: “Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

05.09.2014 11:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*