Azərbaycanca

Con Kerri və Məhəmməd Zərif arasında növbəti görüş olacaq

10.03.2015 | 09:29

60194d9c2ac36b0b5e141f99559d7457

Martın 15-də İsveçrənin Lozanna şəhərində ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında növbəti görüş baş tutacaq.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Görüşdə İranın nüvə proqramı və yekun razılaşma ilə bağlı müzakirələr aparılacaq.

Bundan əvvəl İran xarici işlər nazirinin müavini Abbas Araqçı bəyan etmişdi ki, İranla “altılıq” ölkələri (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almaniya) arasında aparılan nüvə danışıqlarında ciddi irəliləyişə nail olunub.

10.03.2015 09:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*