Azərbaycanca

Dağlıq Qarabağ ərazisində erməni vandalizmi davam edir

01.05.2014 | 12:07

1398941444_10311873_562826610497493_1746066861_nErmənilərin təcavüzü nəticəsində son 24 ildə Azərbaycanın işğala məruz qalan torpaqlarının biosferinin sabitliyi ciddi təsirə məruz qalıb. Bu ərazilər əlvan metal filizləri, qızıl, cıvə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və s ilə zəngin olub. Ərazinin kurort – rekreasiya potensialı da genişdi. Azərbaycanın üçün əhəmiyyət daşıyan suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən 1990-cı ildən blokadaya alınması ölkəmiz üçün boyük təhlükə mənbəyinə çevrildi. Tərtər hidrokomleksinin yaratdığı Sərsəng su anbarı hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadı. Öz başlanğıcını bu mənbədən götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları ərazilərdə 80,1 min.hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara axan suyun qabağı ermənilər tərəfindən kəsildiyi üçün Azərbaycanın qeyd olunan rayonlarının ərazisindəki əkinləri məhsul vermir. Bu bir daha göstərir ki, Sərsəng su anbarının Ermənistan tərəfindən blokadasının davamı Azərbaycan iqtisadiyyatına və əhalisinə böyük ziyan vurur. Müharibənin davam etdiyi ərazidə dağıdıcı silahlardan, ağır texnikadan geniş istifadə olunduğuna görə ekoloji vəziyyətə ciddi ziyan dəyib. Nazik torpaq qatına, erroziyaya meylli yamaclara, kövrək təbiətə malik olan Kiçik Qafqazın işğal altındakı dağlıq ərazilərində ekologiyaya dəyən ziyanın həcmi və son nəticələri daha ağırdı. İşğal olunan ərazilərin hazırki ekoloji durumu haqqında heç bir informasiyanın olmaması problemlərə yol açır. Bu ərazilərə nəzarət edən Ermənistan real ekoloji vəziyyət haqda məlumat vermir. Məhz bu səbəbdən işğal olunan ərazilərdə hökm sürən acınacaqlı vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündü. İşğal olunan ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə zəngindi. Azərbaycanın musiqi mədəniyyətinin beşiyi və dahi musiqişünasların vətəni, Xarıbülbülün yeganə vətəni olan Şuşa düşmən tapdağındadı. Şuşanın kənd-qəsəbələri bağ-bağçaları, mədəni nümunələri erməni vandallarının əlindədi. Bu ərazilər on minlərlə palıd, fıstıq, şam, cökə, alma, armud və bəzək ağacları ilə zəngindi. Turşsu, İsabulağı, Səkili bulağı, Xəzinə qayası, Qızıl qaya, Əsgər dərəsi, Çanaqqala, Topxana, Daşaltı dərəsi, Cıdır düzü və başqa səfalı yerlər ekoloji baxımdan erməni işğalçıları tərəfindən məhv edilib. Xüsusilə Şuşanın, Malıbəylinin, Quşçuların, Nəbilərin, Cəmillinin, Kosaların flora və faunası yandırılmış və dünya ekoloqları gözləri önündə məhv edilmişdir. Hər gün erməni namərdləri tərəfindən ana təbiətimizə qarşı vəhşilik, onun yaşıllıqlarının yandırılması, meşələrimizin qırılıb talan edilməsi həyata keçirilir. Torpağımızın, suyumuzun, havamızın erməni işğalçıları tərəfindən zədələnməsi, korlanması, yayarsız hala salınması nə Qərb ölkələrini nə də ki, ABŞ-ı təşvişə salır. Müasir ekoloji tələblər sənaye obyektlərindən atmosferə, ətraf mühitə tullantıların sıfır səviyyəsinə endirilməsinə istiqamətləndirildiyi halda Araz çayının ekoloji durumu ermənilər tərəfindən yararsız hala gətirilib. Araz bizim üçün ikinci su mənbəyidir. Ən təhlükəlisi isə Ermənistan Atom Elektrik Stansiyasının radiasiyalı suyunun Araza axıdılmasıdı. Zəhərlənən, təsərrüfat üçün yararsız “su” faciəli nəticə doğurmaya bilməz. İrəvan və Qafan şəhərlərindən Araza tökülən bir çox zəhərli maddələri Xəzərin suyunda müşahidə etmək olar. Azərbaycan Ekologiya və Təbii Sərvətləri Nazirliyi hələ vaxtilə Ermənistanın Araz çayına tökdüyü çirkab suları ilə bağlı öz ehtirazını bildirib. Xalqımızın milli sərvəti, əvəzsiz xəzinəyə malik olan Yuxarı Qarabağ Zəngilan, Laçın, Kəlbəcər, Qubadlı və Cəbrayıl meşələri erməni qəsbkarlarının qurbanına çevrilib. İşğal edilən ərazilərdə meşələrin talan edilməsi kütləvi xarakter daşıyır. Erməni terrorçuları qanunsuz zəbt etdiyi torpaqları yaxın zamanlarda geri qaytarmaq məcburiyyətində qaldıqlarını billdikləri üçün təbii ehtiyatlardan, faydalı qazıntılardan, su anbarlarından və s. vəhşicəsinə istifadə edirlər.

 

Təhminə Ağakişiyeva

Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun Fəlsəfə üzrə Fəlsəfə doktoru

“KarabakhİNFO.com” 

01.05.2014 12:07

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*