Azərbaycanca

Dağlıq Qarabağ məsələsi “Kanal Avropa”da gündəmə gətirilib

17.12.2014 | 17:19

kanal avropaAlmaniyanın Disburg şəhərindən Avropaya bir körpü olan Kanal Avropa Televiziyasında Muhsin Ceylanın “Atəş çevrəsi” proqramında Azərbaycanın işğal altında olan torpaqları haqqında danışılıb və ədalət çağırışı edilib.

 

Avrasiya Vətəndaş Cəmiyyəti Əməkdaşlıq Dərnəyinin başçısı və İstanbulun Millət vəkili Dr. İsmayıl Safı, EkoAvrasya İdarə heyətinin başçısı Hikmət Eren və XXI əsr Türkiyə İnstitutu mütəxəssisi və “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşının qatıldığı verilişdə tarix boyu Ermənistandan Azərbaycana və Azərbaycan xalqına qarşı hücumlar, erməni lobbisinin gündəmdən salmamağa çalışdığı iddialar və Xocalı başda olmaqla Ermənistan tərəfindən işğal altında olan Qarabağ torpaqlarında Azərbaycan xalqına qarşı işlənən cinayət və soyqırımlardan danışılıb.

 

 

Dr. İsmayıl Safı soyqırımlar haqqında parlamentlərdə qərar verilməməsinin doğru olmadığını deyib: “Türkiyə Böyük Millət Məclisinin görüşü də bu istiqamətdədir. 2012-ci ildə də TBMM Xarici işlər Komissiyasında Qarabağda reallaşdırılan soyqırımı, insanlıq cinayəti elan edən bəyanat verilib”.

 

 

EkoAvrasya İdarə heyətinin başçısı Hikmət Eren, tarix boyunca Ermənistanın başqa ölkələrin torpaqlarında dövlət yaratmaq səyinin olduğuna diqqət çəkib: “Bu gün Ermənistanın paytaxtı olan İrəvanın ilk adı Rəvan olub və ora Azərbaycan türklərinin ata torpağıdır. Bu gün erməni cəmiyyətinin yaşadığı şəhərlərin heç birində yüz il əvvəl ermənilərin tam əksəriyyəti olmayıb”.

 

 

H.Eren Rusiyanın strateji hədəflər çərçivəsində Qafqazda bir tampon dövlət meydana gətirmək üçün bölgədə erməni məskunlaşmasının təmin edildiyini bildirib: “Bu müddət içərisində Ermənistan dövləti meydana gətirilib. Ermənistan prezidenti Serj Sarkisyan erməni gənclərinə xitab olaraq Qarabağı özlərinin həll etdiyini, Qərbi Ermənistan olaraq adlandırdığı Türkiyədəki uydurma erməni torpaqlarını almağı isə yeni nəsilə buraxdıqlarını söyləyib. Bu, Ermənistanın bölgənin sabitliyi üçün yaratdığı təhdidi göstərir”.

 

 

“Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşın isə Qarabağın Ermənistan tərəfindən işğal olunmasının BMT-nin dörd qətnaməsi ilə təsbit edildiyini və Ermənistanın işğal etdiyi torpaqları tərk etməsinin bu qərarlarda öz əksini tapdığını deyib: “Xocalıda, Qarabağın digər bütün kənd və qəsəbələrində soyqırım edənlər mühakimə olunmalıdır ki, onlar gələcəkdə bu əməli təkrar etməsinlər”.

 

 

Fuad Hüseynzadə
“KarabakhİNFO.com”

 

 

17.12.2014 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*