Azərbaycanca

Dağlıq Qarabağ münaqişəsi Los Ancelesdə müzakirə edilib

17.04.2015 | 10:47

d846bd1adf6c640946e752b6c107f5b7

Anceles şəhərində amerikalı və beynəlxalq ekspertlərin, eləcə də diplomatlar və ictimai-siyasi xadimlərin iştirakı ilə elmi konfrans keçirilib.

 

Konfransda Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən xəbərə görə, Loyola Marymount Universitetində keçirilən tədbir ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub.

Tədbirdə qeyd olunan beyin mərkəzlərinin tanınmış mütəxəssisləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digərləri iştirak ediblər.

Azərbaycanın münaqişə üzrə mövqeyini konfransda Milli Məclisin üzvü Asim Mollazadə təqdim edib. O, mədəniyyətlərarası və qlobal kommunikasiya sahəsində tanınmış mütəxəssis Venşan Cianın moderatorluğu ilə keçirilən Qarabağ panelində çıxış edərək Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına diqqət çəkib və bu işğal faktının “dondurulmuş” münaqişəyə çevrilməsində əsas məsuliyyətin beynəlxalq təşkilatların üzərinə düşdüyünü bildirib. A. Mollazadə qeyd edib ki, BMT, ATƏT kimi beynəlxalq təşkilatların Ermənistana hər hansı konkret təzyiq etməməsi, Ermənistan tərəfindən işğalçı siyasətin davam etdirilməsinə rəvac verir: “Bu durumdan sadəcə, azərbaycanlı qaçqın və məcburi köçkünlər əziyyət çəkmir, eyni zamanda, ciddi sosial-iqtisadi böhranla üzləşən Ermənistan cəmiyyəti də mövcud işğalçı siyasətin qurbanına çevriliblər”.

Çıxışında Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən də bəhs edən a. Mollazadə Ermənistan tərəfindən azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb. O, qeyd edib ki, bu gün bu münaqişədə real sülhə nail olmaq üçün ilk növbədə Ermənistan öz həqiqi müstəqilliyinə qovuşmalı, öz suveren iradəsini nümayiş etdirməyi bacarmalıdır: “Əks təqdirdə, Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həlli qeyri-mümkündür”.

 

Azərbaycanın apardığı xarici siyasət kursuna da toxunan MM üzvü deyib ki, bölgə iqtisadiyyatının 80%-ni əhatə edən Azərbaycan öz müstəqil siyasətini inkişaf etdirir, regional və beynəlxalq səviyyədə çoxsaylı uğurlu layihələr həyata keçirir: “Bu səpkidə Azərbaycan bir çox ölkələrin, o cümlədən ABŞ, Avropa və İsrailin enerji təhlükəsizliyinə ciddi töhfələr verir”.

Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koyl isə çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək qrup tərəfindən indiyə qədər görülən işlərin, irəliyə sürülən təkliflərin heç bir nəticə vermədiyini, qrupun bu fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu söyləyib. C. Koyl ATƏT-in Minsk Qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq, özünü doğrultmadığını vurğulayaraq, bu qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.

Çıxışlardan sonra natiqlər iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Tədbirdə iştirak edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev konfransın təşkilatçılarına belə bir önəmli və aktual mövzuya yetirdikləri diqqətə görə təşəkkürünü bildirib.

Apa.az

17.04.2015 10:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*