ABŞ-ın dövlət katibi Con Kerri Nümayəndələr Palatasında çıxışı zamanı bildirib ki, Türkiyə Dağlıq-Qarabağ və Kipr məsələlərinin həllində konstruktiv oyunçu olacaq. Amerikanın Erməni Milli Konqressi (ANCA) ABŞ-ın dövlət katibi Con Kerrinin Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyənin böyük rol oynamasını etiraf etdiyinə görə tənqid edib və onu “odun üzərinə yağ tökməkdə” ittiham edib. Amma Azərbaycanın prizmasından Türkiyənin yaxın qonşu və gardaş dövlət kimi münagişənin həllində rolu danılmazdır. Eyni zamanda Ermənistan üçün də Türkiyə önəm daşıyır. Bəs bu etirazın arxasında dayanan məqsəd nədir? Bu sualla siyasətçi ziyalılara müraciət etdik.
Elçin Mirzəbəyli: “Bizi mövcud status-kvo ilə barışdırmaq nəzərdə tutulur”
Con Kerrinin açıqlamasında ermənilərin etirazına səbəb ola biləcək heç bir məqam yoxdur. Kerri öz açıqlamasında Türkiyə-Ermənistan münasibətlərinə toxunmuşdu və Türkiyə nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola işarə etmişdi. Qənaətimə görə bu ismarıc daha çox Ermənistanın maraqlarına xidmət edir. Çünki Ermənistanın da məqsədi işğala son qoymadan Azərbaycanla münasibətləri yaxşılaşdırmaq və xalqımızı mövcud status-kvo ilə barışdırmaqdan ibarətdir.
Zahid Oruc: “Hal hazırda Türkiyənin gücü və siyasi imkanları hesabina həll etmək də real deyil”
Iş ondadır ki, Obama prezidentliyi dövründə Amerikanın prioritetlerinin dəyişdiyini və Qafqaza yüksək diqqət göstərilmədiyini bildiririk. Buna gerçək əsəslar da var. Əgər buna qədərki dövrdə demokratiyanın ön cəbhəsinə çıxarılmış Ukrayna, Gürcüstan və.s ölkələr fonunda onların NATO-la, Avroatlantik məkanla inteqrasiyası stimullaşdırılırdısa ondan sonrakı dövrdə biz bu xəttin sanki dayandığını gördük. Əvəzində isə nəinki Asetiya və Abxaziyanın işğalı gerçəkləşdi, o cümlədən Saakaşvilini məğlub etdirəcək qədər Rusiyanın təxribatlarına yol acıldı. Və bu da Qafqazda sanki bir düyün yaratdı. Indi qərblə münasibətləri dərinləşdirmək üçün hec şübhəsiz konfliktlərin həlli cox önəmlidir. Və Kerrinin acıqlamaları vererken hec bir halda təkcə konfliktin silahli vasitələrlə çözüləcəyi təhlükəsinin və bunun avropanın maraqlarına zidd olduğunu hesablamağından irəli gəlmir. Amerika açıq şəkildə bildirir ki Azərbaycanın bütövlüyü müdafiə olunmadan və Türkiyənin Qafqazda aktiv rolu tanınmadan siyasi balansı təmin etmək mümkün olmayacaq. Çünki, Türkiyə həm də qərbin maraqlarını irəlilədir və bölgədə onun esas təminatcısı kimi də çıxış edir. zənn edirəm ki, əllbətdə buna müqavimət böyük olacaq. Çünki, kim belə bir güdrətli dövləti rigionda soz sahibi olmasını istiyər? Iran bunu istiyərmi? Qətiyyən. Bu onun maraqlarının sıxışdırılmasıdır. Rusiya isə ənənəvi olaraq 200 illik bir savaş aparıb və Türkiyəylə də 13 dəfə müharibəyə girib. Belə olan təqdirdə Qarabağ münagişəsində Türkiyənin rolunu tanimayacaqlar. Baxmayaraq ki, Türkiyə minsk qrupunun 11 ölkəsindən biridir. Mən elə zənn edirəm ki, onsuz da rəsmi Ankaranın rolunu inkar etmək mümkün deyil. Qeyri rəsmi formada olsa da o bu prosesin tərkib hissəsinə çevrilib və Azərbaycan onsuz da enerji layihəriylə Türkiyəni özünün əsas tərəfdaşı edib. Bu da rusiyani və digər dövlətləri müəyyən mənada bununla hesablaşmağa vadar edir. amma qarabağ münaqişəsini Türkiyənin gücü və siyasi imkanları hesabina hell etmək də real deyil.
Həsən Oktay – KAFKAZSSAM Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri: “İrana qarşı düşünülən bir əməliyyatın həyata keçirilməsi üçün Azərbaycan – Ermənistan barışını gündəmə gətirilməsinin qiymətləndirilməsi Azerbaycan üçün bir fürsət ola bilər.”
Kerri yeni bir diplomatiya yolu açmağa çalışır. Bu yolu Obamanın İstanbul ziyarətində sınadılar və Ermənistan Türkiyə protokollarıni gündəmə gətirmişdilər. Lakin bu proses yaxşı yönedilmedi və Azərbaycan faktoru nəzərə alınmadığından Azərbaycanın gözəl bir diplomatik hücumu ilə protokollar kəsildı. Bu əslində Obama üçün bir məğlubiyyət idi. Bu müvəffəqiyyətsizlik Kerriyə xarici işlər nazirliyinin yolunu açdı. İndi Keryy Clıntonun yarıda buraxdığı bir hücumu təkrar canlandırmaq istəyir. Bu müddətdə Azərbaycan Türkiyə bizi satdı, satır məsələsini qaldırmadan Türkiyə ilə birlikdə hərəkət edərək bölgədəki bütün maraqlarını həyata geçire bilmeli idi. Protokol müddətində Azerbaycanın tətbiq etdiyi diplomatiya nəticəsində Türkiye Azerbaycan əlaqələrində adı qoyulmamış bir soyuma yaşandı. Və Rusiya bölgədə köhnə mövqeninin geri aldı. Azərbaycan Ermənistan əlaqələrinin düzəlməsinin yolu müəyyəndir və bu yolu Türkiyə də bilir Kerri de bilir. Əhəmiyyətli olan Qafqazla sülhün eldə edilməsidir. Qafqaza sülhün gəlməsinin yolu Ermənistan Azerbaycan əlaqələrinin düzəlməsindən keçər. Ermənistan bölgədə problemli dövlət olmaqdan çıxıb yeni bir anlayışa – məsul dövlət anlayışına keçməlidir. Kerry bu həqiqəti bilir və əgər Qafqazda bir sülh layihəsi uygulanacaksa bu dünya görüşünü gündəmə gətirməlidir. İrana qarşı düşünülən bir əməliyyatın həyata keçirilməsi üçün Azerbaycan – Ermənistan barışını gündəmə gətirilməsinin qiymətləndirilməsi Azerbaycan üçün bir fürsət ola bilər. Ermənistan isə bu müddətdən ən az zərər alaraq çıxmağa çalışacaqdır. Azərbaycan və Türkiyə bu müddəti yaxşı istifadə edə bilsələr gələcəkdə ən qazanclı çıxan iki dövlət olarlar.
Ülviyyə Bəylərqızı
KarabakhİNFO.com