Azərbaycanca

Dağlıq Qarabağ və Sərsəng su anbarı ilə bağlı məruzələr AŞ PA-nın qış sessiyasında təqdim oluna bilər

02.10.2015 | 17:57

h8adrm7k0cdmg07i00hnsrsam5aşpa

Dağlıq Qarabağ və Sərsəng su anbarı ilə bağlı məruzələr AŞ PA-nın qış sessiyasında təqdim oluna bilər. Trend-in məluamtına görə, bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun payız plenar sessiyasının nəticələrinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu sessiyanın bir xüsusi və vacib əhəmiyyətindən biri ondan ibarətdir ki, AŞ PA-nın təyin etdiyi hər iki məruzəçinin – Robert Valter və xanım Milisa Markoviçin fəaliyyətlərinə böyük əngəllər yaradılırdı: “İlyarım Ermənistan hər iki məruzəçini ölkəyə buraxmırdı. Və onların üzərinə Avropa Şurası rəhbərliyi tərəfindən heç bir təzyiq yox idi. Bu məhz ona görə belə olurdu ki, rəhbərlikdə dediyim şəxslər, o cümlədən Ann Brasör dayanmışdı. Bu sessiyada hər iki məruzə üzrə ciddi müzakirələr oldu. Hər iki məruzəyə dair Avropa Şurasının müvafiq komitələri (Sosial, Səhiyyə və Davamlı İnkişaf və demokratiya və Siyasi Məsələlər komitələri) qəti və birmənalı şəkildə qərara aldı ki, Ermənistan bir ölkə kimi günahkardır, çünki bu məsələləri təxirə salır, məruzəçiləri ölkəyə buraxmır. Bununla yanaşı, əsas məsələ odur ki, Ermənistanın AŞ PA tərəfindən təyin olunmuş məruzəçiləri ölkə ərazisinə buraxıb-buraxmamasından asılı olmayaraq, hər iki məruzə hazırlanıb Avropa Şurasında müzakirə olunmalı və AŞ PA-nın 2016-cı ilin yanvar sessiyasında təqdim olunmalıdır. Bu növbəti bir göstəricidir ki, Azərbaycana qarşı işləyən qüvvələr artıq öz imkanlarından istifadə edib bütün məsələləri bağlaya bilmirlər”.

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndələri arasında görüşlərin keçirilməsinə toxunan S.Seyidov qeyd edib ki, uzun müddət ərzində AŞ PA-da Dağlıq Qarabağ üzrə Alt komitə var idi: “Bu komitəni sadəcə dağıtdılar. Ermənilər rəhbərlik vasitəsilə onun fəaliyyətinə mane oldular. Jan-Klod Minyon AŞ PA-ya sədrlik etdiyi müddətdə Azərbaycan və Ermənistan nümayəndə heyəti ilə görüşlər təşkil edirdi. Ermənistan tərəfi əlindən gələni etdi ki, görüşlərdə hər hansı bir irəliləyiş olmasın. İndi konkret olaraq məruzəçilər və məruzələr stolun üzərindədir. Bunun artıq qarşısını ala bilmirlər. Ona görə ki, yalan ayaq tutar, amma yeriməz. Bu vəziyyəti yaradan insanların Ermənistan tərəfi üçün etdikləri lobbiçilik üzə çıxmağa başladı. Bunun üstü açılır. Bu da cari sessiyada əldə etdiyimiz ən vacib nəticə və yekundur”.

Trend.az

02.10.2015 17:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*