Azərbaycanca

“Dağlıq Qarabağa yeni immiqrantların getməsini dayandırmaq vacibdir”

07.01.2014 | 15:35

1389094392_1543187_505864339527054_963869406_nYaponiyanın Sasakava Sülh Fondunun vitse – prezidenti Akira Matsunaqa “Karabakhinfo.com” – a müsahibə verib   Akira Matsunaqa: “Dağlıq Qarabağa yeni immiqrantların getməsini  dayandırmaq vacibdir”   Müsahibimiz Yaponiyanın Sasakava Sülh Fondunun vitse – prezidenti cənab Akira Matsunaqadır. Nüfuzlu fondun vitse – prezidentinə ünvanladığımız ilk sual Yaponiya – Azərbaycan əlaqələri barədə oldu.

 

 

“Yaponiya və Azərbaycan arasında ikitərəfli əlaqələrin hazırkı durumunu necə dəyərləndirirsiniz?” sualına cavab verərkən Matsunaqa bildirib ki, iki ölkə arasındakı ikitərəfli əlaqələr yüksək səviyyədədir və ümumilikdə normal davam edir.   Lakin Matsunaqa humanitar sahədə əlaqələrin zəif olduğunu deyib: “Humanitar sahədə əlaqələr çox azdır, yalnız müəyyən əlaqələr mövcuddur. Hazırda iki ölkə arasındakı danışıqlar zəifləyib, virtual deyil, real əlaqələr qurmaq lazımdır”.   Yaponiya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün hansı sahələrdə sazişlərin imzalanmasının vacib olması ilə bağlı sualımıza Akira Matsunaqa bu cür cavab verib: “İki dövlət arasında tələbə, alim və jurnalist mübadiləsi ilə bağlı razılaşmaların əldə olunacağı gözlənilir”.   “Yaponiya Ermənistan və Azərbaycan arasında olan Dağlıq Qarabağ məsələsində neytral mövqe tutur və məsələnin beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıdır” – deyə, Sasakava Sülh Fondunun vitse – prezidenti Akira Matsunaqa fikirlərini ifadə edib.   Cənab Matsunaqadan Dağlıq Qarabağ məsələsi ilə bağlı şəxsi mövqeyini öyrəndik və Matsunaqa bildirdi ki, iki ölkə arasında danışıqların davam etdirilməsi və Dağlıq Qarabağa yeni immiqrantların getməsinin dayandırılması vacibdir.  

 

 

    Sevda Qurbanqızı

 

 

  “KarabakhİNFO.com”     

07.01.2014 15:35

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*