Azərbaycanca

Dağlıq Qarabağda erməni terroru – Qaradağlı faciəsi (PDF)

05.02.2014 | 14:47

1391596946_1-001      Azərbaycanın çağdaş tarixinin dərindən öyrənilməmiş səhifələrindən biri də XX əsrin sonlarında yenidən qızışdırılan Dağlıq Qarabağ münanaqişəsi zəminində azərbaycanlıların yaşadığı kənd və rayonlarda törədilən soyqırım hadısələridir. Bu hadisələr zamanı çoxlu sayda yerli azərbaycan əhalisi erməni işğalçıları tərəfindən məhv edilməklə yanaşı, xeyli maddi – mədəniyyyət abidələri də məhv edilmişdir. Münaqişə başlayandan 547 memarlıq abidəsi, o cümlədən 5 dünya, 393 ölkə və 149 yerli əhəmiyyətli memarlıq abidəsi, 205 arxeoloji abidə, 927 kitabxana, 808 klub müəssisəsi, 85 musiqi məktəbi, 12 monument, 22 muzey, 4 şəkil qalereyası, 10 mədəniyyət və istirahət parkı, 4 dövlət teatrı və 2 konsert müəssisəsi dağıdılmış, beynəlxalq əhəmiyyətə malik 40 minə yaxın qiymətli və XI-XIX əsrlərin nadir muzey əşyaları, erməni təcavüzkarları tərəfindən qarət edilmişdir.(1) Dağlıq Qarabağ probleminin 1988 – 2010 – cu illər tarixşünaslığının tədqiqi göstərir ki, bu mövzuda çoxlu sayda kitab və məqalələr yazılıb. (2) Lakin bunların mütləq əksəriyyəti yalnız yerli oxucu üçün nəzərdə tutulduğundan bu nəşrlərdən beynəlxalq ictimaiyyət demək olar ki, xəbərsizdir.  

05.02.2014 14:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*