Azərbaycanca

İşğal olunmuş Qarabağda olan xarici şirkətlər

06.01.2015 | 17:18

 

10912341_804177979673754_75486081_o

Respublikamıza qarşı təkcə mədəni deyil, həm də iqtisadi terror siyasətini həyata keçirən Ermənistan dövləti və Dağlıq Qarabağın separatçı rejimi beynəlxalq konvensiyalara zidd olaraq müxtəlif vasitələrlə xarici şirkətləri işğal altında olan Azərbaycan ərazilərinə investisiyalar qoymağa cəlb edirlər.

 

KarabakhİNFO.com xəbər verir ki, 2007-ci il tarixinə olan məlumata görə, Azərbaycanın icazəsi olmadan xarici şirkət işğal altındakı ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğuldur.

 

 

Həmin şirkətlər sırasında “Global Gold”, “Lincy” (ABŞ), “First Dynasty Mines”, “Sterlite Gold Ltd”, “Grand Tobacco” (Kanada), “Akopian”, “Vartanian”, “Framation”, “Mak-Mak Adams”, “Pemod Richard” (Fransa), “Siemens”, “Schnieder” (Almaniya), “Simon Petrolium Technology” (Böyük Britaniya), “Zvezda” (Rusiya), “Patrex” (Portuqaliya), “Franck Muller”, “Andre Group”, “Alpoto” (İsveçrə), “Australia Nairi Ltd”, “Tida Joint Venture” (Avstraliya), “FKX” (Argentina), “Karabagh Telecom”, “Shusha” (Livan), “Thomson” (Niderland), “İntracom” (Yunanıstan) “Mc and Co” (Kipr), “Gideon Richter), (Macarıstan), “Cochrane Pond” (Kanada), “Santa Candelaria” (Çili) və digərlərini misal göstərmək olar.10893428_804177963007089_1498916768_n

 

 

İlk olaraq qeyd edək ki, bugün erməni işğalı altında olan Söyüdlü – Zod qızıl mədəni Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur.

 

 

Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 20 ildir ki, Ermənistan respublikası tərəfindən talan edilir.

 

10836608_804177976340421_97513215_n
Təkcə 1990-1991-ci illərdə aparılmış tədqiqatların nəticələrinə görə Azərbaycan dövlətinin mülkiyyətində olan 3 qızıl yatağında (Qızılbulaq, Vecnəli və Zod) 140 tona yaxın qızıl ehtiyatı vardır. 1998-ci ildə Kanadanın “Canadian First Dynasty Mines Ltd” şirkəti ilə müqavilə bağlamış Ermənistan hökuməti 2002-2003-cü illərdə Zod yatağından 5 ton qızıl çıxarmışdır. Bundan savayı, qeyd edilən sahədə Ermənistanın növbəti ortağı Hindistanın “İndian Sterlite Gold Ltd” şirkətidir.  Və Azərbaycanın işğal olunmuş torpağında Söyüdlü – Zod qızıl yatağında ATƏT-in Minsk Qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarına məxsus “Global Gold Armenian Ltd” şirkəti əsas həmkarlardan biridir. “Global Gold Armenian Ltd” 1995-ci ildə yaradılıb və onun yaradılması haqqında sazişi şahid qismində ABŞ-ın Ermənistandakı səfiri Piter Tomson imzalayıb.

 

 

Əldə olunan məlumatlara əsasən, Avstraliyanın “İnternational Base Metals Limited” şirkəti qanunsuz olaraq Azərbaycan ərazilərində ermənilərlə iş birliyi yaradıblar. İşğalçı ermənilərlə sövdələşən bu şirkət işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətini davam etdirərək bu təbii ehtiyatları Avropa bazarına çıxarmağa çalışır. Bu da Ermənistan tərəfindən beynəlxalq səviyyəli növbəti hüquqa zidd addımlarından biridir.

 

Kanadanın “First Dynastry Mines” şirkəti də belə qanunsuz fəaliyyətlə məşğuldur. Cənubi Koreyanın “Samsung” şirkətinin nümayəndəliyi də iki ilə yaxındır, Xankəndində fəaliyyətə başlayıb. Burada yerləşən nümayəndəlikdə məişət avadnlıqları, audio-video qurğular və s. brend məhsullar satışa çıxarılıb. ABŞ-ın avtomobillərə texniki yardım göstərən və dünyanın 100-dən artıq ölkəsində ofisləri olan “GS Motors” şirkəti də 2014-cü ilin avqust ayından etibarən Xankəndində maşınlara texniki yarım göstərən mərkəz açıb.
Türkiyənin “BEKO” şirkətinin Azərbaycanın işğal olunmuş torpaqlarında mərkəz açması barədə də internetdə kifayət qədər məlumat var.
Fransanın poliqrafiya məhsullarının çapı ilə məşğul olan “Cartor” şirkəti həyata keçirib “Şuşanın azad olunmasının 20 illiyi”, “Dağlıq Qarabağ Ordusunun yaranmasının 20 illiyi və digər günlərdə Xankəndindəki nümayəndəliyi vasitəsilə sifarişlər həyata keçirib.

10921927_804177983007087_308858474_n

Bir məlumat da yazaq, separatçı rejimdə Bako Saakyana məxsuz “Qarabağ Telekom” şirkətinin müqavilə bağladığı şirkətlər aşağıdakılardır:
AS EMT (Estoniya), Bitel Ltd. Cosmote, (Qırğızıstan) – Mobile Telecommunications S.A. ETISALAT (Birləşmiş Ərəb Əmirlikləri), Globe Telecom (Filippin) , GSM Kazakhstan Ltd (Qazaxıstan), Orange A/s (Danimarka) OMNITEL (Litva) Swisscom Mobile Ltd, “Meqafon” (Rusiya), (Yunanıstan), H3g (İtaliya). Limited (Böyük Britaniya), t-mobile (İsveçrə), AT & T Wireless PCS LLC, (ABŞ) Cosmorom (Rumıniya), Moldcell SA (Moldova) və s.
Dağlıq Qarabağın işğal olunan ərazisində Çexiyanın “Metle Beyz” şirkətinin 127 milyon dollar investisiya qoyması barədə xəbərlər də çex mediasında yazılıb. 2015-ci ildən bu şirkət tam gücü ilə işləyəcək. Qeyd edək ki, 2014-cü ildə adıçəkilən şirkət işğal oluan ərazilərdə ən çox vergi ödəyən şirkət olub.

 

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com”

 

 

06.01.2015 17:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*