Azərbaycanca

Dağlıq Qarabağda PKK terrorçuları və erməni terrorizmi ilə əməkdaşlığ

18.03.2013 | 16:47

1363610280_pkk1Ermənistan KİV-nin yaydığı məlumatlarda İraqdan ermənistana köçən PKK tərəfdarlarının sayının 60 mindən çox olduğu qeyd olunub. Ermənistan hökuməti isə bu kürdlərin hamısını Azərbaycanın işğal altında olan Laçın rayonunda məskunlaşdırmağı planlaşdırır. Ermənistanda keçirilən keçən və yaxınlarda baş tutan  kürdlər adından yayılan açıqlamada, onların prezidentliyə namizəd Serj Sərkisyanı müdafiə etdiklərini elan edilib. Kürdlərin açıqlamasında bildirilib ki, yalnız S. Sərkisyanın sayəsində Laçında kürd vilayətinin yaradılmasına nail olmaq olar: “Bu plan baş tutarsa, Cənubi Qafqazda daha bir separatizm ocağı yaranacaq”.PKK tərəfdarı olan kürdlərin S. Sərkisyan tərəfindən də xüsusi dəstəkləndiyini bildirib: “ermənilər etiraf edirlər ki, 1992-ci ilin payızında Dağlıq Qarabağla Ermənistan arasında olan Laçının işğal edilməsi zamanı PKK terrorçularının müstəsna rolu olub. Gələcəkdə İraq Kürdüstanı ilə yeni yaradılmaqda olan Laçın kürd vilayətinin əlaqələrinin yaradılması və genişləndirilməsi üçün böyük layihələr hazırlanır”.

 

PKK Kürdüstan Fəhlə Partiyası (kürd. Partiya Karkerên Kurdistan və ya PKK, türk. Kürdistan İşçi Partisi, həmçinin KADEK, Kongra-Gel və KCK) — Abdullah Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan milli təmayüllü marksist-leninist terror təşkilatı. Təşkilat kürdlərin sıx məskunlaşdığı Türkiyənin cənub-şərqində müstəqil kürd dövləti yaratmağı qarşısına məqsəd qoymuş və 1984-cü ildən etibarən Türkiyə dövlətinə qarşı hərbi əməliyyatlar təşkil etməyə başlamışdır. PKK Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tərəfindən “terrorçu təşkilatlar” siyahısına salınmışdır. Bununla belə, bir çox xarici kütləvi informasiya vasitələri “PKK döyüşçüləri” və ya “kürd separatçıları” ifadələrini işlədirlər.

Almaniyada nəşr edilən “Özgür Gündəm” qəzeti “Kürdüstanın azadlığı uğrunda mübarizə aparan kürdlər və Dağlıq Qarabağın azadlığı uğrunda vuruşan ermənilər”, yəni kürd və erməni terrorçuları arasında əlaqələrin inkişafından geniş bir yazı ilə Türkiyə və Azərbaycan mətbuatında yer alan xəbərlərə görə, PKK terrorçuları Ermənistan hökumətinin dəstəyi ilə erməni işğalı altında olan Azərbaycan ərazilərində – Dağlıq Qarabağda məskunlaşma faktını bir daha təsdiqlədi. Qeyd edək ki,  dünyanın bir çox ölkəsində PKK kimi tanınan terrorçu qrupun Almaniyada və ümumiyyətlə, Avropada aparıcı kütləvi informasiya vasitələrindən biri sayılan “Özgür Gündəm” qəzeti bu əməkdaşlıqdan məmnun qaldığını gizlətmir. Bu məqalədən sonra Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili ötən həftə çıxışlarından birində bildiriri ki, PEJAK terrorçuları Azərbaycanın işğal olunmuş ərazilərində – Dağlıq Qarabağda təlim keçirlər.  İmam-cümənin bildirdiyinə görə, Dağlıq Qarabağ ərazisində Amerika və İsrailə məxsus düşərgələr var və terrorçular məhz həmin düşərgələrdə yetişdirilir. Kürd qaynaqlarına əsaslansaq,  təkcə son bir ildə Dağlıq Qarabağa Türkiyədən vurulub çıxarılmış 270 kürd ailəsi köçürülməsi faktın deyə bilərik. Bundan başqa, Suriya, İraq, Livan, Rusiya və başqa ölkələrdən Dağlıq Qarabağa və işğal edilmiş Azərbaycan ərazilərinə 120 erməni ailəsi ilə yanaşı 112 kürd ailəsi də köçürülüb.

1987-ci ildə bölücü terror təşkilatı PKK ilə Ermənilər arasında bir müqavilə bağlanılmışdır. Söz mövzusu razılaşmanın hökmləri bunlardır:

  • Ermənilər PKK terror təşkilatı içində təhsil fəaliyyətlərində olacaqlar
  • PKK terror təşkilatına hər il üçün adam başına 5.000 ABŞ Dolları ödənəcək
  • Ermənilər kiçik diametrli hərəkətlərə qatılacaqlar

Edilən bu razılaşmanın dərhal sonra təşkilat içərisində Ermənilərin təkidləri üzərinə, PKK-ASALA əlaqələrindən məsul Hermez Samurouyan adlı şəxslə birlikdə 18 Aprel 1990 tarixində edilən yığıncaqda bu qərarlar alınmışdır:

  • PKK və ASALA terror təşkilatlarının artıq ortaq idarə olunacaq
  • Türkiyədə təhlükəsizlik qüvvətlərinə istiqamətli hərəkətlərdə kəşfiyyatı Ermənilər edəcək
  • Ola biləcək inqilabdan sonra əldə edilən torpaqlar bərabər olaraq bölüşüləcək
  • Düşərgə xərclərinin % 75ini Ermənilər qarşılayacaq
  • Türkiyədəki metropol şəhərlərdə hərəkətlər ediləcək

1992-ci il Oktyabr ayından etibarən Şimali İraqda əsaslanan terror təşkilatı PKK-ya qarşı reallaşdırılan sərhəd sonrası əməliyyatlarda təşkilatın böyük zərbələr götürməsi və sığınma imkanlarını itirməsi üzərinə bir qisim təşkilat mənsublarının İran və Ermənistana keçmələri ilə PKK terror təşkilatının Ermənistandakı aktiv fəaliyyətləri başlamışdır.Bunlardan belə bir nəticəyə gəlmək olar:

  1.             Ermənistan PKK-ya ən çox dəstək verən ölkələrdən biri kimi tanınır;
  2.             Ermənistandan PKK-ya gizli yollarla silah satılır. Həmin silahları Ermənistan Rusiyadan alır.
  3.             PKK ermənilərə Dağlıq Qarabağı işğal edəndə ciddi yardımlar edib. Məqsəd sonradan Azərbaycan torpaqlarını bölməkdir
  4.            Terrorçular Dağlıq Qarabağın işğal olunmuş ərazilərində “Qırmızı Kürdüstan” dövləti yaratmaq niyyətindədilər. Hər halda, ermənilər kürdləri ərazidə yerləşdirən zaman onlara “Qırmızı Kürdüstan” dövləti yaratmaqda yardımçı olacaqlarına söz veriblər.

Dağlıq Qarabağda PKK terrorçuları və erməni terrorizmi ilə əməkdaşlığTürkiyə kəşfiyyat xidməti terrorçularla mübarizədə PKK üzvlərindən aşkarladığı silahların istehsal olunduğu və çatdırıldığı ölkələrlə bağlı xidməti hesabatı hazırlayıb. Hesabatda bildirilir ki, silahlar PKK üzvlərinə Rusiya, Ermənistan və İraqdan çatdırılır. Hesabata əsasən, Türkiyə hərbçilərinin bir qədər əvvəl keçmiş PKK terror təşkilatı üzvlərindən aşkarladığı silahların yüzdə 60-ı İtaliya mənşəli, 74-ü isə Rusiya istehsalıdır. Terrorçu şəxslərin işi üzrə ağır cəza məhkəməsinə təqdim edilən hesabatda bildirilir ki, İraqın şimalında və Türkiyədə terrorçuluqla məşğul olan PKK üzvləri bu ilin ilk 6 ayı ərzində istifadə etdiyi silahları İraq, Rusiya və Ermənistandan alıb.

Hesabata görə, “B-7”, “Rpq-7” tipli raketatıcılar, “Kanas”, “Kalaşnikov”, “Biksi” tipli avtomat tüfənglər, əl bombaları və minalar Ermənistandan İraqın şimalıqdakı PKK düşərgələrinə ötürülüb. Həmin silahların az bir qismi Çin və Macarıstan istehsalıdır. Bəzi hərbi silah-sursatın isə Amerika istehsalı olduğu açıqlanır. Hesabatda PKK-nın İraqın şimalında Qəndil dağı ərazisində ümumilikdə 17 ayrı düşərgədə hərbi və siyasi fəaliyyət göstərdiyi, bu düşərgələrin bəzilərinin isə boşaldıldığı bildirilir. Türkiyənin şərqindəki və cənub-şərqi Anadolu bölgəsindəki 3 min 800-ə qədər PKK uzvü olan terrorçulardan bəzilərinin Qara dəniz sahillərinə keçmək niyyətində olduqları da hesabatda öz əksini tapır.

Hesabatda qeyd edilir ki, Ermənistanda və işğal altındakı Azərbaycan ərazilərində PKK terror təşkilatının bazaları var. Terrorçular Ermənistandakı düşərgələrə Gürcüstan vasitəsilə göndərilir və burada təlim keçdikdən sonra Türkiyə, İran və İraqa yollanırlar. PKK-nın Ermənistanda “Radio kürd” və “İrəvanın səsi” adlı radioları fəaliyyət göstərir. Terror təşkilatı Ermənistan ərazisi vasitəsilə narkotik maddə qaçaqmalçılığı da həyata keçirir.

PKK-nın nəzarətindəki “Roj TV”-nin verdiyi xəbərlərdə isə bildirilir ki, Azərbaycana cəf, zilan, zaza, şəmsidi və baban kimi kürd tayfalarının mənsubları olan ailələrin köçünü “sistemləşdirərək qaydaya salmaq üçün konkret addımların atılmasına dərin ehtiyac duyulur”.

“İndi Azərbaycan bölgələri olan ərazilərdə (erməni işğalında olan rayonlar nəzərdə tutulur) kürdlər hələ akkadlar və xetlərin vaxtlarında yaşayıblar. Bu barədə Ksenofontun “Anabazis”ində, Strabon və Ptolomeyin əsərlərində də sübutlar var. Qədim “Korduena”, çağdaş Kürdüstan olan o torpaqlarda kürdlər yenidən məskunlaşmalı, qədim vətənlərinə dönməlidir. Bəzikani, himdani, dəyamilər kimi qədim tayfalarımızın sönmüş ocaqlarını yenidən yandırmalıyıq”, – “Roж TV” bildirib.

Türkiyə Milli İstihbarat Təşkilatından (MİT) verilən məlumata görə, PKK 1987-ci ildə Ermənistanın o vaxtıkı Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıq protokolu imzalayıb. “Ermənistan və İraq kürdləri arasında mədəni-sosial əlaqələrin inkişafı haqqında” adlanan həmin sənəd əsasında İrəvan İraqın şimalındakı PKK düşərgə və bazalarına Suriya vasitəsilə sadəcə, 1992-ci ilin iyunun 12-dən 1993-cü ilin dekabrın 2-dək təxminən $320 min məbləğində geyim, ərzaq, texnika, silah, radiotexniki avadanlıq, dərman preparatları yollayıb. PKK terrorçularından ibarət və hər birində 24 nəfər olan 4 qrup isə həmin müddət ərzində Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin Gümrü, Sisyan və Gekarkunik rayonlarındakı hazırlıq mərkəzlərində terror-diversiya təlimi keçiblər.

Həmin sənəd əsasında daha sonralar, 1992-ci ildə PKK terrorçuları Dağlıq Qarabağda Azərbaycana qarşı vuruşmağa qərar verdi. Məqsədini reallaşdırmaş üçün PKK-nın 400-ə yaxın terrorçusu Türkiyə-Ermənistan sərhədinin yaxınlığındakı bölgədəki dağlıq ərazidə yerləşdi.

Türkiyənin Ağrı və Qars vilayətlərində PKK terrorçunun bəhs olunan dönəmlərdə, yəni 1992-1995-ci illərdə xeyli fəallaşması da bu baxımdan təsadüfi deyildi.

İraqın şimalında mehmetciyin zərbələrindən ağır yaralar alan PKK-nın rəhbərləri və üst qatındakı idarəçilərinin təkrarən Ermənistana keçməyə hazırlaşması barədə xəbər alan Türkiyə MİT-i bu barədə dərhal baş nazirə məruzə edir.

Türkiyənin baş naziri də ABŞ və İraq rəhbərliyi ilə əlaqə saxlayaraq, həmin dövlətlərə PKK-nın dəstə başçılarından ibarət 153 nəfərlik siyahını təqdim edir.

Ermənistana keçmək üçün Türkiyə və İran ərazisindən istifadə edən PKK terrorçularının hərəkətlərinin qarşısını tam almaq mümkün olmur. Bununla yanaşı, PKK-nın İrandakı törəməsi və bir qolu olan PJAK-ın mənsubları da Ermənistana keçirlər.

1992-ci ilin may-iyun aylarında İrandan Ermənistana keçən 40 terrorçu Dağlıq Qarabağa yönəlir, burada Ağdərə və Ağdam istiqamətlərində Azərbaycana qarşı vuruşur, dinc əhaliyə qarşı xüsusi vəhşilik və amansızlıqları ilə seçilirlər.

Azərbaycanın Qubadlı, Kəlbəcər, Laçın, Zəngilan, Şuşa, Tərtər, Oğuz və Goranboy rayonları ərazisində “Qırmızı Kürdüstan”ı bərpa etmək istiqamətində İraq, Suriya, Türkiyə, İran, İordaniya, Avropa və ABŞ-dakı kürd təşkilatlarıyla bahəm, Ermənistandakı kürdlər də həddən ziyadə fəallıq göstərirlər.

İsrail kəşfiyyatına bağlı mənbələrin məlumatına görə, Türkiyə-Ermənistan sərhədini mülki geyimdə keçən kürd terrorçuları Gorus, Masis və Qukark rayonları ilə yanaşı Azərbaycanın erməni işğalında olan Füzuli və Laçın rayonlarında da məskunlaşmağa başlayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu barədə rəsmi açıqlama verməsə də ordudakı mənbələrdən bəlli olub ki, PKK terror təşkilatının Ali İdarə Şurasının ötən ilin sonlarında keçirilmiş toplantısında Ermənistana və işğal altında olan Azərbaycan ərazilərinə yönlənmək barədə qərar qəbul edilib. PKK üzvlərinə Ermənistanın Milli Təhlükəsizlik Nazirliyinin və polisinin əməkdaşları himayədarlıq edir. Onlar Ermənistanda çox rahat dolaşır və fəaliyyət göstərirlər. Türkiyədən Ermənistana keçmiş kürd terrorçuların maliyyə qaynağı isə İrəvandakı kürd icmasının ödədiyi vəsait, habelə Ermənistandakı bəzi qüvvələrin verdiyi pullardır. İsrailin Əks-Kəşfiyyat və Hərbi Kəşfiyyat xidmətlərindəki mənbələr bildiriblər ki, xeyli sayda PKK mənsubu adi vətəndaş kimi İraqdan İrana, oradan da Ermənistana keçməkdədir.

Bu barədə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov apardığı araşdırmalar ilə bağlı hazırladıqları hesabatın təqdimatında bildirmişdir:

“Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da, ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. “1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan Dağlıq Qarabağa gətirilən kürd könüllülərindən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü.

Qarabağ müharibəsi dövründə ermənilərin tərəfində döyüşən kürd terrorçularının fəaliyyətindən razı qalan Ermənistan hökuməti, yeni kürd döyüşçü dəstələrinin Dağlıq Qarabağa cəlb edilməsinə başladı. ABŞ-ın İraqı işğal etməsindən sonra isə bu iş daha da sürətləndi”.

QEYD: 1932-ci ildə Bakıda nəşr olunan “Azərbaycan kürdləri” (Müəllif A.Bukşmandır) kitabında bəzi məqamlara diqqət yetirirək; Məsələn, kitabda yazılıb: “Hamıya məlumdur ki, Zaqafqaziyada, xüsusən də Azərbaycanda kürdlər yaşayır. Amma aydınlaşdırmışıq ki, nə Zaqafqaziyanın o biri respublikalarında, nə də Azərbaycanda Kürdüstan adlanan bölgə olmayıb. Və səbəbi də məlumdur: çünki kürdlər burda kompakt şəkildə yaşamayıblar”.

Araşdırmalardan o da məlum olur ki, işğaldan qabaq ən çox kürd Laçın rayonunda yaşayıb ki, onların da sayı 3322 nəfər olub. Kəlbəcər rayonunda isə 2065 nəfər kürd yaşayıb. Qubadlı, habelə Zəngilan və Cəbrayıl rayonlarında isə bir nəfər də olsa kürdə rast gəlinməyib. Göründüyü kimi, kürdlərin sayı isə onların Azərbaycan türkü olan həmvətənlərinin sayından qat-qat azdır. Kəlbəcər rayonunda yezidi kürdlərin “Xuada” tanrısının yardımçısı “Mələk Taus”un adına məbəd tikilməkdədir. Laçın rayonunda isə yezidilərin peyğəmbəri sayılan Şeyx Ədi bin Müsafir adına məktəb inşa olunur. Tikinti işlərinə İraq, Livan və Suriyadakı “ədəvi”lər adlanan təriqətə məxsus kürdlər maliyyə dəstəyi verir. Məktəbin inşası bitdikdən sonra Laçında kürdlərin “Sultan Yezid” mədəniyyət mərkəzinin açılması da planlaşdırılıb.

Həmin layihələrin rəhbəri “Yezidxana” təşkilatının banisi Siabənd Bakoyanın oğlu Cəmil Bakoyandır. Maliyyə vəsaitinin toplanması işi isə Karlene Çaçaniyə həvalə olunub.

Ermənistan PKK-nı Dağlıq Qarabağda yerləşdirmək üçün xüsusi səy göstərir. Türk-Azəri dərnəkləri Federasiyasının baş katibi Mehmet Azərtürk də bunu qəzetə açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, Ermənistan PKK yaraqlılarını Şuşa, Laçın və Füzuli rayonlarında yerləşdirir ki, bu rayonları nəzarət altında saxlaya bilsin. “Əgər bu üç şəhər PKK-nın nəzarətinə keçsə, o zaman Azərbaycanla Dağlıq Qarabağ arasında bufer zona formalaşa bilərdi” deyə Azərtürk xəbərdarlıq edib. Bildirilir ki, Ermənistan rəsmiləri PKK ilə hər hansı əlaqəni təkzib edirlər. “Onlar deyirlər ki, ola bilsin Dağlıq Qarabağdakı yerli administratorlarla PKK arasında danışıqlar aparılır”.

Ermənistan bir tərəfdən Dağlıq Qarabağda bir Kürd meydana gəlməsi içərisinə girərkən digər tərəfdən də illərdir Suriyanın etdiyi “PKK-ya himayəçilik vəzifəsini” üstlənmək arzusundadır. PKK-nın Şimali İraqdakı digər Kürd qruplar tərəfindən sıxışdırılması, İran və Suriyanın da Türkiyə və ABŞ-ın təzyiqiylə PKK-ya bölgədə verdiyi dəstəyini çəkmə meylində olması və Türkiyənin bölgədə PKK-ya istiqamətli müvəffəqiyyətli sərhəd sonrası hərakatları PKK-yı yeni bir “məskunlaşma” sahəsini axtarışına istiqamətləndirdi. 1992dən bəri Ermənistan və Dağlıq Qarabağda fəaliyyətdə olan PKK üçün Ermənistan və Dağlıq Qarabağ yeni “məskunlaşma” və “düşərgə” yeri olaraq seçildi.

Dağlıq Qarabağ həm Türkiyənin dirək təmas xətti xaricində olması, Ermənistanın asanlıqla kömək göstərə biləcəyi bir sahədə olması, bölgənin beynəlxalq statusunun daha tam olaraq təyin oluna bilməməsi və Rusiyanın Gürcüstanda çıxardığı əsgəri birlik və silahlarını Ermənsitan və Dağlıq Qarabağa yerləşdirməsiylə birlikdə PKK-nın daha asan silah və sursat təmin edə biləcək olması, digər tərəfdən də bölgənin coğrafi olaraq PKK üçün təbii bir düşərgə sahəsi olması baxımından Dağlıq Qarabağ bölgəsi seçilmişdir.

1996-cı ildə Rusiya Federasiyasının Yaroslav şəhərində toplanan Kürd Hәrәkatının 3. Qurultayında Kürd Hәrәkatının əhəmiyyətli liderlərindən biri olan, BDT və Şərq Avropa məsulu Mahirə Uşağa Azərbaycan ərazisi içərisində “Qırmızı Kürdüstan”ın mütləq qurulması lazım olduğunu israrla vurğulamışdır. Yenə eyni şəxs tərəfindən ortaq problemlərdə və ortaq düşmənə qarşı Kürdlərin Ermənistan ilə müttəfiq olduqları vurğulanmışdır.

Bölgədəki Kürd əhalisinə istiqamətli Ermənistanın tətbiq etmiş olduğu bu tragediyaya baxmayaraq Kürd kartını istifadə etməyə qalxması böyük bir ziddiyyət kimi görünsə də bölgədəki Kürdlər arasındakı həmrəyliyin milliyyət əsasından çox din əsasına söykəndiyini də göstərməkdədir. Çünki öz qardaşlarının sürtülməsinə və immiqrant vəziyyətə salınmasına səslərini çıxarmayan və Ermənistanda itaətli bir şəkildə yaşamağa və Erməni hökumətinin siyasətlərinə alət olmağa davam edən təxminən 10 min ətrafındakı Yezidi Kürd əhalisi Ermənistanın Türkiyə düşmənliyinə alət olmağa davam etməkdədir. Ermənistanda yaşayan “Yezidi” Kürdlərinin dini inancları üzərində Yəhudilik, Atəşpərəstlik və Müsəlmanlığın motivləri görülməkdədir.

Ermənistan bir tərəfdən Müsəlman Kürd əhalisi bölgədən sürərkən, digər tərəfdən də uzun müddətdən bəri Türkiyədə türk-kürd-Müsəlman ayrımı etmədən hər cür terror fəaliyyətini icra edən terror təşkilatı mənsublarına silah, sığınma və müalicə köməklərində tapılmışdır. Paytaxt Erivanın ən işlək prospektlərindən birində bu gün PKK nümayəndəliyi fəaliyyət göstərməkdədir.

Son vaxtlarda PKK terror təşkilatı üzvü xadimləri ailələri ilə birlikdə Dağlıq Qarabağ bölgəsinə yerləşdirmə fəaliyyətlərində ciddi bir artım yaşanmışdır. PKK daha əvvəl bu bölgədə silahlı təhsil etməkdə, quru pul ağlama və narkotik maddələr qaçaqçılığını yenə bu bölgə üzərindən etməkdə idi. İndi isə PKK-nın Dağlıq Qarabağ bölgəsində daha geniş diametrli düşərgələr qurma cəhdləri əsas mövzulardan biridir.

Dağlıq Qarabağda PKK terrorçuları və erməni terrorizmi ilə əməkdaşlığQeyd edək ki, seperatçı  “Dağlıq Qarabağ Hökumətinin” İctimai Təhlükəsizlik Naziri Lenston Gulyan hələ 2001-ci ildə fəaliyyət proqramını açıqlayarkən Nazirlikləri tərəfindən bir proqramın hazırlandığını və Dağlıq Qarabağa köç etdirilən ailələrə bir dəfəyə məxsus pul köməyi və 20 illik aşağı faizli kreditlər verilməsini qeyd etmişdir.

Türkiyənin Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) prezidenti, TBMM millət vəkili  Sinan Oğan müsahibələrinin birində qeyd edir ki, Ermənistan PKK tərəfdarı olan kürdləri Dağlıq Qarabağda yerləşdirməklə bir tərəfdən bu təşkilatı himayə edir, digər tərəfdən isə bölgədə özünə sadiq kürd icması formalaşdırır. Onun fikrincə, məqsəd Qafqazdan İraqa qədər bölgəni erməniləşdirmək və kürdləşdirmək, bununla da Türkiyənin türk dünyası ilə sərhədlərini kəsməkdir. Sinan Oğana görə, Dağlıq Qarabağın Türkiyə ilə birbaşa təmas xəttinin olmaması bu bölgənin PKK-nın yerləşdirilməsi üçün seçilməsində əsas amillərdən biridir. Ermənistan işğal altında saxladığı ərazilərdəki PKK-çılara asanlıqla silah-sursat çatdıra və onlara təlim verə bilir. TÜRKSAM prezidenti qeyd edib ki, əslində PKK-nın Dağlıq Qarabağda boy göstərməsi 1999-cu ildən başlayıb. Onun bildirdiyinə görə, artıq bölgədəki PKK düşərgələrində terrorçulara silahlı təlim keçilir. Son vaxtlar isə PKK-nın təlim düşərgələri daha irimiqyaslı olub.

“PKK-çıların İran və İraqdan Ermənistana keçməsi faktları son vaxtlar artıb. PKK-nın yüksək rütbəli mənsubları Azərbaycanın Türkiyə ilə sərhədlərindəki zəif nöqtələrdən də faydalanaraq tez-tez Naxçıvan və Bakıya gedir. Təəssüf ki, PKK ünsürləri Azərbaycandakı bəzi qüvvələrdən dəstək görür”- deyə Sinan Oğan TÜRKSAM-ın saytında məqaləsində yazılır. Lakin əvvəlcə bu torpaqların əsl sahibi olan Azərbaycan bütün dünyada terror təşkilatı kimi tanınan PKK-nın əsl statusunu öz parlamenti tərəfindən göstərib onu terrorçu kimi ləngimədən rəsmən tanımalıdır- deyə Sinan Oğan bildirib.

Dağlıq Qarabağdakı separatçı rejim və terrorçu PKK təşkilatı arasındakı əlaqələr barədə Azərbaycanın rəsmi mövqeyinə gəldikdə isə, ölkə XİN-ni bununla bağlı konkret bəyanatlar verib.

“Bu məlumatlar çox ciddi qəbul edilməlidir, çünki burada 3 əsas amil var. Birincisi ondan ibarətdir ki, PKK terrorçuları məhz Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilir. Azərbaycan bu gün obyektiv faktlara görə həmin ərazilərə nəzarət edə bilmir. İkincisi, həmin ərazilər hal-hazırda terrorçuluqda böyük təcrübəsi olan Ermənistan tərəfindən nəzarət altındadır. Üçüncüsü, təbii ki, bu gün PKK bir terrorçu təşkilat kimi çox fəaldır. Onların həm fəaliyyəti, həm də bəyanatları buna birbaşa olaraq dəlalət edir. Ona görə bu 3 amil onu göstərir ki, bu təhlükə çox ciddidir və ona görə də yalnız Azərbaycan deyil, ümumiyyətlə region dövlətləri və beynəlxalq təşkilatlar da buna müvafiq olaraq ciddi reaksiya verməlidirlər. Azərbaycan da özü təhlükələrə qarşı mübarizə aparmağa qadirdir, eyni zamanda müvafiq dövlətlərlə də siyasi çərçivədə əməkdaşlığı davam etdirir”, – XİN açıqlamalarında vurğulanıb.

 

 

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

 

“KarabakhİNFO.com”

 

 

18.03.2013 16:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*