Azərbaycanca

Daha bir ABŞ konqresmenindən Xocalı bəyanatı

09.03.2017 | 14:19

Xocali_250208

ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn Xocalı qətliamının 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Konqresmen Peyn bəyanatında Azərbaycan torpağı olan Xocalıda 25 il öncə dəhşətli bir faciənin yaşandığı və 600-dən çox silahsız insanın, əsasən yaşlı, qadın və uşaqların vəhşicəsinə öldürüldüyünü qeyd edib. Konqresmen həmkarlarını bu dəhşətli hadisədə həyatını itirmiş insanların xatirəsini yad etməyə çağırıb.

Bununla yanaşı, D.Peyn Azərbaycanın strateji və çətin bir bölgədə ABŞ-ın güclü tərəfdaşı olduğunu vurğulayıb.

Trend.az

09.03.2017 14:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*