Azərbaycanca

Daha bir ölkə Xocalını soyqırım kimi tanıdı

08.09.2014 | 12:55

xin-bina-tezeSudan parlamenti Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıyıb
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Sudan parlamenti Xocalıda baş verən qətliamla bağlı qətnamə qəbul edib. Qətnamədə Xocalıda baş verənlər soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirilib.
BMT-nin 4 qətnaməsinə istinad edilib və Azərbaycan torpaqlarının işğalı pislənilib və Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan torpağından çıxarılması tələb olunub. Eyni zamanda Xocalı qurbanlarına və onların ailə üzvlərinə təzminat ödənilməsi də Sudan parlamentinin qətnaməsində öz əksini tapıb.
XİN rəsmisi sözügedən qətnamənin qəbuluna görə Sudan hökuməti və parlamentinə təşəkkürünü bildirib.

 

 

“KarabakhİNFO.com”

08.09.2014 12:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*