Azərbaycanca

Dahi bəstəkara “Monolit” adlı binada mənzil verilir…

10.01.2014 | 16:30

1389355607_zeyirhacbeyov658kÜzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi   Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli 18 sentyabr 1885-cil ildə  Ağcabədi rayonunda anadan olub.  Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimidir.     Üzeyir Hacıbəyov kənd mirzəsi ailəsində doğulub, ailədə üç qardaş, iki bacı olublar.

Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orada keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlunu elə Ağcabədidə dünyaya gətirir.   Yolumuzu bu dəfə dahi bəstəkarın ev muzeyindən saldıq.  Bizi muzeyin şöbə müdiri, pedaqoq Gülnarə xanım Ələsgərova qarşıladı. Müsahibimiz bizi dahi bəstəkarın yaradıcılığı ilə bərabər ev muzeyiylə də tanış etdi.    Ü. Hacıbəyovun ev muzeyi 1975-ci il noyabr ayının 20-də böyük bəstəkarın 90 illik yubleyi münasibətiylə açılmışdır. İlk dəfə muzeyin açılması ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev verir. Bu muzeyin ilk tamaşaçısı da elə Heydər Əliyev olub. Bununla bağlı muzeydə rəsmlər də var.   Beş otaqdan ibarət olan muzeydə bir sərgi, dörd memarial salonu var ki, məhz dahi bəstəkar həmin otaqlarda yaşayıb-yaratmışdır. Dahi bəstəkar 27 il, 1915-ci ildən 1942-ci ilə qədər bu evin sakini olub. 1942-ci ildə bəstəkara “Monolit” adlı binada mənzil verilir və ömrünün altı ilini bu evdə yaşayan bəstəkar elə bu evdə də vəfat edir.   Ü.Hacıbəyov  “Koroğlu” və “Sənsiz Sevgili canan” romanslarını məhz bu evdə bəstələmişdir. Bəstəkar on irihəcimli səhnə əsərinin – yeddi opera və üç operettanın müəllifidir. Operalarına  “Leyli və Məcnun”, “Şah Abbas və Xurşşudbanu Natəvan”, “Rüstəm və Söhrab”, “Harun və Leyla”, “Əsli və Kərəm”, “Koroğlu”  “Şeyx Sənan” və bir də yarımçıq qalmış “Şəhrəbanu” operası daxildir. Operettalarına “Ər və arvad”, “O olmasın bu olsun” və “Arşın mal alan” daxildir. On irihəcimli əsərlərinin doqquzunun həm musiqisini, həm də librettosunu məhz dahi bəstəkar özü bəstələmişdir.   Dahi bəstəkar ilk dəfə 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının təməl daşını qoymuşdur. Musiqi məktəbləri, texnikumları, Azərbaycan dövlət çalğı alətləri otkekstrları yaratmışdır. Bunlar dahi bətəkarın musiqimizə verdiyi böyük töhfələrdi.   Dahi bəstəkarın təməlini qoyduğu konservatoriyada görkəmli bəstəkarlar – C.Cahangirov, S.Ələsgərov, F.Əmirov, Q.Qarayev, S.Hacıbəyov, Ş.Axundova, Ə.Abbasov, H.Məmmədov, A.Rzayeva, H.Nəcəfova və s. təhsil almışlar.   Azərbaycan şairlərindən M.Müşfiq və S.Vurğun bəstəkarla yaxın dost olublar. Muzeydə hər iki şairlə şəkilləri də yer almaqdadı.   Əməkdar incəsənət xadimi, bəstəkar və eyni zamanda Ü.Hacıbəyovun ev muzeyinin direktoru Sərdar Fərəcov bu yöndə dayanmadan araşdırmalar aparır. S.Fərəcov dahi bəstəkarın “Ər və arvad” operettasının itmiş-batmış hissələrini arxivlərdən yığarıb yenidən dirildərək, operettanı Musiqili Teatrda tamaşaya qoymuşdur. Son zamanlar bu ölmüş operetta yenidən məhz S.Fərəcovun səyi və əməyi nəticəsində Azərbaycan səhnəsinə qaytarılmışdır.   Muzey cənubi Azərbaycandan, Türkiyədən, Rusiyadan və digər ölkələrdən gələn qonaqların da marağına səbəb olur.   Bu il oktyabrın 20-də bəstəkrın 100 illik yubleyi münasibəti ilə Amerikada Losanciles şəhərində “Arşın mal alan” operettası tamaşaya qoyulmuş və qonaqlar tərəfindən böyük heyranlıqla qarşılanmışdır.   Sonda biz özümüz də fürsətdən istifadə edib dahi bəstəkarın ev muzeyini ziyarət etdik, xatirə şəkilləri çəkdirərək, müsahibimizə bizə ayırıdığı vaxt üçün təşəkkür edib, oradan ayrıldıq.

 Vasif Əlihüseyn  

“KarabakhİNFO.com” 

10.01.2014 16:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*