Azərbaycanca

Danimarkalı jurnalist Azərbaycan bayrağını öpdü

27.09.2013 | 17:18

1380287439_sefer-sadiqSəfər SADİQİ                                                                        

Danimarka “ Vətən ”  Cəmiyyətinin Sədri   

 

Bu bir kəlmə söz bizi uzaq keçmişimizə, min illiklərlə yaşı olan tariximizə, mədəniyyətimizə aparır və qədim xalqlardan biri olduğumuzu sübut edir.

 

Qarabağ – bu sözü deyəndə, ilk olaraq Şuşamız, Cıdır düzü, Azərbaycan igidlərinin  at oynatdığı yerlər yada düşür. İşğal altında qalmış dədə – baba torpaqlarımız, igidlərimizin at oynatdığı torpaqlarda bu gün erməni vəhşiləri bizlərə  aid olan mədəniyyətimizi və tariximizi silməyə çalışırlar

.

Qarabağın azad olunması üçün hamı özünə bir sual verməlidi: mən nə etməliyəm? Fərq etmir, istər Azərbaycanda yaşa, istərsə də Azərbaycandan kənarda.Qarabağın təbliğində, əsasən, xaricdə yaşayan azərbaycanlıların üzərində məsuliyyət daha  çoxdur.  Bu məsuliyyət bizə mətin olmağı, möhkəm bir yumruq kimi birləşməyi tövsiyyə edir. Azərbaycanda yaşayan həmyerlilərimizdən fərqli olaraq, biz – xaricdə yaşayan azərbaycanlılar, demək  olar ki, hər gün ermənilərlə üz-üzə gəlirik.Bu görüşdə də onların gözlərinə dik baxmaq mətinlik istəyir.Bir yumruq kimi birləşib onlara qarşı öz gücümüzü göstərmək ,onların vəhşi obrazını dünya xalqlarına çatdırmaq bizim necə təşkilatlanmağımızdan asılıdır.

 

Bir az da Danimarkadakı fəaliyyətimiz barədə məlumat vermək istərdim. Kopenhagendə bizim “Vətən”  Cəmiyyəti 2007-ci ildən fəaliyyətə başlayıb. Demək olar ki, bu cəmiyyətə qədər danimarkalılarda Azərbaycan barədə məlumat çox az  idi. Azərbaycanlılar ,ancaq  Novruz bayramında bir araya gəlirdilər.

 

Yarandığı gündən bu Cəmiyyətin məqsədi azərbaycanlıları bir təşkilat altında birləşdirmək, yeniyetmə gənclərdə vətənpərvərlik ruhunu yüksəltmək, körpələrimizə öz ana dilində məktəb açmaq, həmçinin danimarkalıları və şəhərin qonaqlarını Azərbaycanın tarixi, mədəniyyəti, ermənilər tərəfindən torpaqlarımızın işğalı, 1 milyon qaçqınının olması və BMT –nin 4 qərarının ermənilər tərəfindən yerinə yetirilməməsi barədə məlumatlandırmaq olmuşdur. Hər il 20 yanvar, Xocalı soyqırımı, 31 mart azərbaycanlıların soyqrım gününü ürək ağrısı ilə qeyd edir, danimarkalılara məlumat veririk. Bu ilin fevralında Kopenhagenin mərkəz meydanı  “ Rod Hus Plads” – da Xocalı faciəsi ilə əlaqədar etiraz mitinqi təşkil etdik. Mitinqdə ingilis dilində yazılmış plakatlar, kitablar və burojürlar təqdim olunmuşdur.Həmin gün danimarkalılara və şəhərin qonaqlarına 550 buklet və burojürlar paylandı.Bunlarla yanaşı mədəniyyətimizi də təbliğ edirik. Bu barədə çox danışmaq olar .Ancaq bir hadisəni qeyd etmək istərdim ki, Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “ Qarabağ” qrupunun iştirakı ilə konsert təşkil etdik.

 

Konsertdə danimarkalılar da iştirak edirdi.Mənsum İbrahimovun çıxışından sonra danimarkalı jurnalist bizdən Azərbaycan bayrağını alıb öpdü.Bununla biz həm duyğulandıq, həm də qürurlandıq.Duyğulandıq ona görə ki, bu gün Qarabağımız işğal altındadır, qürurlandıq ona görə ki, bizim musiqimiz dünya səviyyəsində ən uca yerlərdən birini tutur.

 

Cəmiyyətimiz Azərbaycan dövlətinin dəstəyi ilə ilk dəfə olaraq Kopenhagendə “Ana dili” məktəbini açdı. Bu dəstəyə görə, Diasporalarla İş Üzrə Dövlət Komitəsinə – şəxsən Nazim İbrahimova ,  Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan səfirliyinə – şəxsən Fəxrəddin Qurbanova, ümumiyyətlə Azərbaycan dövlətinə öz minnətdarlığımızı bildiririk.  “ Ana dili”  məktəbində körpələrimizə öz ana dillərində oxuyub – yazmaq öyrədiləcək, tariximiz , mədəniyyətimiz, torpaqlarımızın işğalı və bədnam qonşularımız barədə ətraflı məlumatlar veriləcək. Cəmiyyətimizin təşəbbüsü ilə Kopenhagendə “ Türkdilli cəmiyyətlər birliyi” yaradılıb. Bu birlikdə türklər, türkmənlər, uyğurlar və başqa türkdilli xalqların nümayəndələri birləşib. Biz mütəmadi olaraq Qarabağın işğalı barədə onları məlumatlandırırıq. Danimarka Parlamentinin millət vəkilləri ilə görüşlərdə hər zaman Qarabağ barədə ətraflı məlumat veririk.  Mən və qızım Mehriban Alıyeva bu gün Danimarkada iqtidarda olan Danimarka Sosialist Demokrat Partiyasının üzvləriyik. Partiyanin iclaslarında , tədbirlərində və konfranslarda Qarabağ haqda çıxışlar edirik. Partiyanın üzvü kimi nazirlərlə  də görüşlərimiz olur. Danimarka Sosialst Partiyasından seçilmiş Danimarka Təhsil və gənclər naziri Kristina Antoroni ilə də görüşürük.

 

Biz bilirik ki, torpaqlarımızın işğaldan azad olunmasında əsas rollardan biri də bizim xaricdə Qarabağımızı necə təbliğ etməyimizdən də asılıdır.  Macarıstanda ömürlük həbs edilən Ramil Səfərovun Azərbaycana gətirilib azad edilməsi, bizi gələcək işlərimizə daha da ruhlandırdı. Azərbaycan dövlətinin hər bir vətəndaşına biganə qalmadığını bir daha sübut etdi. Bizim arxamızda güclü bir dövlətin olması ilə fəxr edir və qürur duyuruq. Azərbaycan dövləti Qarabağımızın və işğal olunmuş torpaqlarımızın qaytarılması istiqamətində gecə – gündüz çalışır. Biz inanırıq ki, Azərbaycan dövlətinin səyləri nəticəsində Qarabağımız və işğal olunmuş torpaqlarımız azad olacaq. O gün gələcək, o gün uzaqda deyil. Biz Şuşamızda və Cıdır düzündə öz qələbə paradımızı keçirəcəyik. Biz balaca körpələrimizi bu istiqamətdə böyüdüb tərbiyələndiririk.Çalışırıq ki, hər bir yeniyetmə gəncimiz öz dostlarının, danimarkalıların və şəhərin qonaqlarının Qarabağ barədə suallarına ətraflı və dolğun cavab verə bilsin. Biz inanırıq və əminik ki, qələbə bizimlə olacaq.

 

 

“KarabakhİNFO.com”

 

 

 

27.09.2013 17:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*