Azərbaycanca

Daronyan:“Bir türk görüb öldürməsən, heç bir erməni səni bağışlamaz”

02.11.2012 | 19:33

1351870738_soySon iki yüz ildə başımıza gətirilən bəlaların əsas baiskarı xəyənətkar və iblis xislətli ermənilər olmuşdur. Onlar zaman-zaman xalqımıza qarşı dəhşətli soyqırımlar törətmiş, on minlərlə günahsız adamları, hətta qocaları, qadınları və körpələri də  qətlə yetirmişlər. Bu vəhşiliklər içərisində 1918-ci ilin mart soyqırımı qəddarlığı ilə  xüsusilə fərqlənir. Bütün bu hadisələri şərh etməzdən qabaq ermənilərin dövlət yaratmaq istəklərinin tarixi gedişinə nəzər salaq.

İlk öncə qeyd etməliyik ki, hələ IV əsrin sonlarında ermənilərin məskunlaşdığı ərazilər Sasani imperiyası və bizanslılar tərəfindən bölüşdürüldükdən sonra ermənilərin 1918-ci ilə qədər müstəqil dövlətçiliyi olmamış və bir dövlət kimi tarixin səhifələrində itib- batmışdır. Lakin dünyanın iri dövlətlərinə müraciət edən erməni başçıları XVII əsrdən etibarən “Böyük Ermənistan” yaratmaq xülyasına düşmüşlər və bu yolda onların əsas iddiaları Azərbaycan və türk torpaqları olmuşdur. Çar Rusiyasının himayəsinə arxalanan ermənilər erməni vilayətinin (1828- 1840), İrəvan qəzasının (1840- 1849) və İrəvan quberniyasının (1849- 1917) yaradılmasını həyata keçirmişlər. Bütün bunlardan sonra 29 noyabr 1920- ci ildə Ermənistan dövlətinin yaradılmasına müvəffəq olmuşlar. Əlbəttə ki, bu yolda onların 1885- 1890- cı illərdə yaratdıqları “Armenikan”, “Qınçaq”, “Daşnaksütyun” partiyalarının “Böyük Ermənistan” şüarı irəli sürüb bu planın reallaşması üçün türkləri və azərbaycanlıları qırmaq çağırışları əsas yer tutmuşdur. Bütün bu proseslər  1917- ci il fevral inqilabından sonra daha da intensivləşmişdir və oktyabr hadisələrindən sonra Leninin Zaqafqaziyada ən böyük ümidinin Şaumyan olması ermənilər qarşısına duran maneələri aradan qaldırmış və öz iyrənc əməllərini həyata keçirməyə yardımçı qüvvə olmuşdur.

Ermənilərin türk  millətinə qarşı nifrəti erməni yazıçılarından biri olan Daronyanın ölüm ayağında öz xalqına vəsiyyətindən aydın görünür. O, vəsiyyət edirdi ki, “ey erməni çöldə zəhərli bir ilan görüb öldürməsən, səni bağışlamaq olar, amma bir türk görüb öldürməsən, heç bir erməni səni bağışlamaz.” Budur bizim nankor qonşularımızın xisləti.

1918- ci il mart soyqırımı da erməni cəlladlarının təcavüzkar siyasətinin bir hissəsi idi. Belə ki, daşnaklar Sovet Rusiyasının qoltuğuna sığınıb, öz xəbis niyyətlərini reallaşdırmağa başladılar. Rusiya Xarici işlər nazirinin müavini vəzifəsinə Qaraxan soxulmuş, daşnak S.Şaumyan isə Rusiyanın Zaqafqaziyada fövqəladə komissarı təyin edilmişdi. Bolşevizm pərdəsi arxasında əlində Leninin mandatı olan S. Şaumyan azərbaycanlılara qarşı daha qəddar divan tutmalı idi. Buna 1905-ci il soyqırımına nisbətən daha mütəşəkkil, daha planlı və ciddi hazırlaşmışdılar. İstəklərinə nail olmaq üçün 1918-ci ilin yanvarında M. K.Talışinskinin komandanlıq etdiyi müsəlman korpusu Lənkərandan Bakıya gələndən sonra korpusun zabit heyəti çar jandarmasında xidmət etməsi bəhanəsi ilə həbs olundu və korpusda hegemonluq daşnakların əlinə keçdi. Başda S. Şaumyan olmaqla Bakı Sovetinin rəhbərliyi tərəfindən “müsəlman əksinqilabçı ünsürlər” adlandırılan şəhərin azərbaycanlı əhalisini milli münaqişəyə cəlb etmək üçün bəhanə axdarırdı. Tezliklə belə bir bəhanə tapıldı. 30 mart 1918-ci ildə bolşevik-daşnak rəhbərliyi belə şaiyə yaydı ki, “Evelina” gəmisi ilə Bakıdan Lənkərana gedən müsəlman zabitləri guya Muğanda rus-malakan kədlərini məhv etmək tapşırığı almışlar. Həmin gün inqilabi müdafiə komitəsinin köməyilə müsəlman zabit və əsgərlərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və nəhayət, Sovet hərbi hissələrinin atlı dəstəsinin atəşə tutulması bolşeviklərin əl-qolunu açmış oldu. Şaumyan özü etiraf edirdi ki, “Atlı dəstəmiz üzərinə düşmən tərəfindən ilk silahlı basqın cəhdindən istifadə edərək cəbhə boyu hücuma başladıq.” Əslində bu, bolşeviklərin daşnaklarla birlikdə dinc silahsız Azərbaycan əhalisinə qarşı qabaqcadan düşünülmüş və həyata keçirilmiş milli qırğın idi.

 

31 mart 1918- ci il soyqırımı

Təsadüf yoxsa reallıq?…

 

1918- ci ilin martında Bakıya toplanmış 12 minlik ordunun 75 faizi ermənilərdən ibarət idi.

Martın 30- da döyüşlərə rəhbərlik etmək üçün Şaumyanın başçılığı ilə müdafiə komitəsi yaradıldı. Buraya Çaparidze, Koqanov, Saakyan və başqaları daxil idi. Üç gün ərzində Bakı talan edildi, qan dəryasında boğuldu. N. Nərimanov həmin günləri belə təsvir edirdi: “Müsəlman hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaklar deyirdilər: biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir.”

Erməni quldur dəstələri martın 31- də axşamüstü İçərişəhər əməliyyatına başladı. Əməliyyatda Anançenko, Suren Şaumyan, A. Mikoyan, Ovçiyan, Qalstyan, Manuçarov, Akopov və digər “Qırmızı qvardiyaçılar” fəal iştirak edirdilər. Planlı xarakter almış həmin qırğında iştirak etməyə hətta digər bölgələrdə məskunlaşmış ermənilər də cəlb olunurdu. Martın 30- 31- də və aprelin 1- də Bakıda və Azərbaycanın bütün bölgələrində dəhşətli qırğınlar törədildi. Aprelin 1- də qırğının dayandırılması barədə qərar qəbul edilməsinə baxmayaraq, bu cinayətkar hərəkətlər aprelin 2- də axşama qədər davam etdi. Təkcə Bakıda 12- 14 min nəfər günahsız müsəlman öz qanına qəltan edildi. Məmmədəmin Rəsulzadə mart hadisələrini təsvir edərək yazırdı: “Bakı Soveti erməni alayları ilə birləşərək Bakıda və ətrafda 15000-ə qədər müsəlmanı qətlə yetirdi… Həqiqətən mart hadisəsi əsasında ruqiyə gələn qətl, bir sinif mübarizəsinə qətiyyən bənzəmirdi. Bu hər hansı bitərəf maşahid nəzərində silahlı müdafiədən məhrum müsəlman xəlqinin amansız bir surətdə təciyyəsindən başqa bir şey deyildi.”

Qaniçənlər evlərə soxulur, sakinləri qırır, onları qılınc və xəncərlərlə doğram- doğram və süngülərlə deşik- deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç- dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər körpələrin, demək olar ki, hamısını öldürür, valideynlərin özlərini isə yaxaladıqları yerdə asıb- kəsirdilər.

A. Y. Klyugenin məlumatına görə, Mart hadisəsi zamanı Bakıda on minlərlə azərbaycanlı öldürülmüşdü. Onların çoxunun meyidləri tapılmamışdı, çünki şahidlərin dediklərinə görə, meyidləri od- alova bürümüş evlərə, dənizə və quyulara atırdılar.

Azərbaycanın Şamaxı, Quba, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan bölgələrində də milli qırğınlar törədilmişdi. Statistik məlumatların təhlili göstərir ki, 1918- ci ildə Qərbi Azərbaycanda 600 mindən çox azərbaycanlı olmuşdur. Bu da həmin ərazilərdə yaşayan əhalinin 84,5 %-ni təşkil etmişdir. 1918-1920-ci illərdə hakimiyyətdə olmuş erməni daşnaklarının törətdikləri soyqırımı cinayətləri nəticəsində azərbaycanlıların sayı 200 minədək azalmışdır. Erməni quldur dəstələri Şamaxıda 8-12 min, qəzanın 72 kəndində 40 minə qədər müsəlman vəhşicəsinə öldürülmüşdü. Çox təəssüf ki, onlardan yalnız 8-12 min nəfəri qeydə alınıb. Aprel-may aylarında Qubada kütləvi qırğınlar törədilib və 30 min nəfərə qədər insan qırılıb. Ancaq burada da ölənlərin sayı 7-8 min nəfər göstərilir. Təkcə Zəngəzur qəzasında Andronikin başçılığı ilə 30 müsəlman kəndinin əhalisi tamamilə qırılmış, əmlakları talan edilmişdi.  Bolşevik   bayrağı altında daşnaklar kütləvi qırğınlar zamanı ağlasığmaz vəhşiliklər etmişlər. Hamazasp 100- 200- dək adamı əli bağlı relslərin üzərinə düzərək üstündən qatar keçirib, körpə uşaqları ağacdan asdırıb, 40 nəfərin başını kəsdirib və s. Bütün bunları sadalamaqla tükənməz. Hətta öz qəddarlığı ilə öyünən daşnak A. Papyan 1936- cı ildə “Revolyutsion Vostok” qəzetində yazmışdı: “Mən Basarkeçərdə ağına- bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyfi gəlirdi: ən etibarlı vasitə onları quyulara doldurub, üstündən ağır daşlar yığmaqdır.”

 

 

Müşfiq XAN

“KarabakhİNFO.com”

 

02.11.2012 19:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*