Azərbaycanca

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib

12.03.2018 | 15:51

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini – Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında da sərəncam imzalayıb.

12.03.2018 15:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*