Azərbaycanca

Deputat: Məcburi köçkünlər Minsk Qrupunun fəaliyyətindən narazıdır

28.10.2015 | 13:42

elman_mammadov_281114

Məcburi köçkünlər ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır. Trend-in məlumatına görə, bunu Xocalı şəhərinin sabiq icra başçısı, deputat Elman Məmmədov Minsk Qrupunun həmsədrləri ilə görüşdə deyib.

Deputat bildirib ki, biz narahatıq, çünki illərdir torpaqlarımız işğal altındadır və öz evlərimizə qayıda bilmirik.

E.Məmmədovun sözlərinə görə, Minsk Qrupunun fəaliyyəti nəticəsiz olduğuna görə, işğal edilmiş bir santimetr torpaq da qaytarılmayıb: “Fəaliyyətiniz səmərəsiz olub. Fəaliyyətinizin nəticələrinə inanmıram. Səbəb təmsil etdiyiniz dövlətlərin Cənubi Qafqazda maraqlarının olmasıdır və bu maraqlar toqquşur. ABŞ və Rusiya arasında mövcud münasibətlər hamıya məlumdur və buna görə də ortaq məxrəcə heç vaxt gəlməyəcəksiniz”.

Deputat həmsədləri təcavüzkar və qurban arasında fərq qoymağa çağırıb.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayounun icra başçısı Bayram Səfərov isə görüşdə bildirib ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmağı arzu edir: “Bizə sülh lazımdır və biz sülh şəraitində yaşamaq istəyirik”.

O vurğulayıb ki, Koçaryan və Sarkisyan heç vaxt sülhə razı olmayacaqlar, çünki bilirlər ki, onları tribunal gözləyir: “Serj Sarkisyan Ermənistan Prezidenti olduğu müddətdə münaqişənin nizamlanmasına mane olacaq. Ermənistan rəhbərləri Xocalı soyqırımında iştirak etmələri ilə fəxr edirlər”.

Trend.az

28.10.2015 13:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*