Azərbaycanca

Dilqəm Əsgərov Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib

28.10.2014 | 13:00

dilqem-esgerovKəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərov Xankəndidə oyuncaq rejimin düzəltdiyi “məhkəmə”də əsil kişilik göstərib.

 

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, Əsgərov “məhkəmə”də Dağlıq Qarabağ adında bir dövləti tanımadığını bildirib və özünü bu oyuncaq rejimin “sərhədini” pozmaqda günahkar saymayıb. O, bir neçə dəfə Kəlbəcərə getdiyini və bunu yalnız doğmalarının məzarına baş çəkmək üçün etdiyini deyib. Dilqəm Əsgərov həmçinin Kəlbəcərə yerləşdirilmiş erməni Smbat Tsakanyanın ölümündən xəbərsiz olduğunu bildirib.

 

 

Bununla belə, Dilqəm Əsgərov Kəlbəcərə səfər zamanı üzərində ov tüfənginin olduğunu, ac qalmamaq üçün meşədən sahibsiz mal-qara tutaraq kəsdiklərini etiraf edib.

 

 

“KarabakhİNFO.com”

 

 

 

28.10.2014 13:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*