Azərbaycanca

Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəməsi” başa çatır

03.12.2014 | 11:20

dilqem-sahbazKəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində Xankəndidə qurulmuş “məhkəmə” başa çatmaq üzrədir.

 

“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu barədə erməni mediasına Şahbaz Quliyevin “vəkil”i Arkadi İsraelyan bildirib.

 

 

Bu gün keçiriləcək “proses”də Azərbaycanda əsirlikdə olmuş Akop İnciqulyan ifadə verəcək.

 

 

Qeyd edək ki, “məhkəmə” bu il oktyabrın 27-də başlayıb.

 

 

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

03.12.2014 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*