Azərbaycanca

Dövlət katibinin köməkçisi Azərbaycandan sonra Gürcüstan və Ermənistana səfər edəcək

16.02.2015 | 18:56

asasas   ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın bu gün Azərbaycana səfəri başlayır.

 

ABŞ Dövlət Departamentindən APA-ya verilən məlumata görə, V. Nuland Bakıda bir sıra rəsmilərlə görüşəcək, ikitərəfli münasibətlər, investisiya, enerji diversifikasiyası, Dağlıq Qarabağ münaqişəsi, təhlükəsizlik və terrorla mübarizə, demokratiya, vətəndaş cəmiyyəti və bir sıra başqa mühüm məsələlər ətrafında müzakirələr aparacaq.

 

 

Vaşinqton rəsmisinin Bakıda bir sıra QHT nümayəndəsi ilə görüşü də planlaşdırılıb.

 

 

V. Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək.

 

 

Məlumatda o da qeyd edilib ki, V. Nulandın Cənubi Qafqaz səfəri zamanı bölgədəki münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması əsas müzakirə mövzularından olacaq.

16.02.2015 18:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*