Azərbaycanca

Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı müraciət etdi

09.09.2016 | 14:27
Ïëåí  ôîòî áàíê  Àðõèòåêòóðà Äðóãîå
Ïëåí ôîòî áàíê Àðõèòåêòóðà Äðóãîå

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vətəndaşlara müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Dövlət Komissiyasının qarşısında müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Mədət Quliyevin göstərişinə əsasən hazırda Dövlət Komissiyası tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatların dəqiqləşdrilməsi və sistemləşdirilməsi işi davam etdirilir.

Aidiyyəti dövlət qurumlarının vasitəsilə aparılan araşdırma nəticəsində itkin düşmüş şəxslərin böyük əksəriyyəti haqqında məlumatların dəqiqləşdirilməsinə baxmayaraq, 100-dən çoxunun fotoşəkilinin əldə edilməsi mümkün olmayıb.

Qeyd olunanları nəzərə alaraq, Dövlət Komissiyası təqdim edilən siyahıdakı itkin düşmüş şəxslərin ailə üzvlərindən, qohumlarından, dostlarından və yaxınlarından (sinif, tələbə, əsgərlik və ya iş yoldaşlarından, qonşularından, həmkəndlilərindən və onları tanıyan digər insanlardan) onların fotoşəkillərinin tapılmasına yardım etmələrini xahiş edir.

Fotoşəkillər Dövlət Komissyasının İşçi qrupuna (Bakı şəhəri, Parlament prospekti 14), Dövlət Təhlükəsizliyi Xidmətinin yerli struktur bölmələrinə təqdim edilə, eyni zamanda Dövlət Komissiyasının elektron poçt ünvanına (info@human.gov.az) göndərilə bilər.

Vətəndaşlar bir daha bu məsələ ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına yardım etməyə çağırılır.

Əlaqə telefonu: (012) 405 85 79; (012) 405 83 82

 

Trend.az

09.09.2016 14:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*