Azərbaycanca

“Döyüşə gedəndə məni bir şey maraqlandırırdı -Vətən”

01.07.2013 | 16:16

1372680765_r1Bizim , Qarabağ müharibəsi zamanı döyüşən qəhrəman, vətənpərvər döyüşçülərimizlə görüşlərimiz davam edir. Bu gün, sizi  onlardan biri ilə tanış edəcəyik – Rafail İsmayılovla. Rafail İsmayılovun böyük qardaşı Məmməd İsmayılovla Xocalı hadisələri ilə bağlı müsahibəmiz elektron jurnalımızda dərc olunub. Onların kiçik qardaşları İsrail Məmmədovla bağlı yazımızı da gələn görüşlərimizdə hazırlayacağıq.  Gəlin Rafail İsmayılovun döyüş yoluna nəzər salaq.

 

– Rafail və Xocalı hadisələri.

 

– O, 1960-cı ildə Xocalıda anadan olub.

     1992-ci ilin fevral ayının əvvəlləri ermənilər Xocalı rayonunu da atəşə tuturlar. Bunu görən Rafail bir çox döyüşçülər kimi, Xocalının müdafiəsinə qalxır. O, gecələr postda duraraq, ermənilərin hücumlarının qarşısını almağa çalışır. Amma fevralın 25-dən 26-a keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalının altını üstünə çevirən ermənilər sözün əsl mənasında həmin gecə azərbaycanlılara soyqrım törədirlər. Həmən gecə Xocalı sakinlərinin erməni əsirliyinə düşməsinə imkan verməyən oğullardan biri də Rafail olur. O, öz yaxınlarını, Xocalı sakinlərini şəhərdən çıxara bilir.

 “Döyüşə gedəndə məni bir şey maraqlandırırdı  -Vətən”  – Vətən səni çağırır.

 

– Onu da qeyd edək ki, Xocalı sakinləri Bakı şəhərinin kənarında “Qızıl qum” deyilən ərzaisində yerləşdirilib. Ailəsi və yaxınları “Qızıl qum” ərazisində yerləşdirildikdən sonra, Rafail gecələr yata bilmir, vicdan əzabə çəkir. Tale elə gətirir ki, Rafail bir gün gecəylə evdən qaçır. Bu gedişdən nə onun ailəsinin xəbəri olur, nə də yaxınlarının. Birbaşa Laçına yollanır və Laçın şəhərində gedən döyüşlərdə yaxından iştirak edir. Döyüşlər zamanı “Hoçaz” əməliyyatında xüsusi iştirak edir.

– Mina döyüşçüləri göyə sovurur.

– Sentyabr ayında “Qırx qız” dağında əməliyyat hazırlanır. Azərbaycanımızın döyüşçü oğulları həmin əməliyyat zamanı erməniləri geri oturda bilir.Döyüş əməliyyatına əsasən Rafail yolları yaxşı tanıdığından ona döyüşçülər üçün silah və ərzaq çatdırmaq tapşırılır. Rafail “Zil 131” markalı avtomobilə ərzaq və silah yığaraq, bir neçə döyüşçü yoldaşı ilə hadisə yerinə yollanır. Laçın şəhərinin Fərraş kəndində avtomobil “minay”a düşür və maşın partlayır. Partlayış elə güclü olur ki, Rafaili və bir neçə döyüşçü yoldaşını avtomobildən təxminən 20 metr uzağa tullayır.

– Bir də gözlərimi açdım gördüm ki, xəstəxanadayam.

– Rafail müəllim deyir ki, bircə partlayış anı yadımdadı. Bir də gözlərimi açdım ki, xəstəxanadayam. Sən demə hadisə yerinə gələn digər döyüşçülərimiz bir neçə döyüşçülərimizlə bərabər Rafail müəllimi də Kəlbəcərə xəstəxanaya çatdırırlar. Burada ilk tibbi yardım göstərən həkimlər təcili onu “Vertalıyot”la Gəncə şəhərinə yollayırlar. Burada da vəziyyəti qənaətbəxş olmadığından bir-başa Bakıya gətirilir. Bakı şəhərində hamımızın tanıdığı “Papalin” hospitalına yerləşdirilir. Sağ ayağının topuğ nahiyyəsi dağıldığından həkimlər onun ayağının kəsiləcəyini düşünürlər. Amma göstərdikləri yüksək həkim peşakarlığı nəticəsində Rafail müəllimin ayağını əməliyyat edərək, sağalda bilirlər.Buna baxmayaraq təəssüf ki, o, yenə də ömürlük şikəst olaraq qalır. Əməliyyat zamanı onun yaralı ayağının baş barmağı kəsilir. O, çox ayaq üstə gəzə bilmir çünki, ayağı ağrı verir. Həmən partlayışda ayağından zədə almaqla yanaşı sol çiyni və sinəsi də qırılır. Hal-hazırda birinci qrup əlildi. amma yenə də o yerlər üçün darıxır. Rafail müəllim deyir ki, mən yenə bu vəziyyətimlə torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram. Çünki, mən evdən döyüşə qaçan da, məni bir şey maraqlandırırdı – torpaqlarımızı düşməndən azad etmək.

Vasif Əlihüseyn

KarabakhİNFO.com

 

 

01.07.2013 16:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*