Azərbaycanca

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin prezidenti Alan Destekslə müsahibə – EKSKLUZİV

24.05.2013 | 15:19

1369394341_dkfjdskgrfBildiyimiz kimi bu günlərdə Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik konfransı keçirilib. Konfransda Beynəlxalq maliyyə Təşkilatlarının yüksək vəzifəli şəxsləri tərəfdaş  təşkilatların liderləri,  ümumiyyətlə, dünyanın bir çox ölkələrinin nümayəndələri iştirak edirdilər. Biz də KarabakhİNFO.com elektron jurnalı olaraq parlament şəbəkəsinin prezidenti ilə müsahibəni sizə təqdim edirik.

–      Cənab Desteks, Parlament şəbəkəsi olaraq Azərbaycanla bağlı hər hansı layihələr hazırlanırmı?

 

–      Hal – hazırda Azərbaycanla bağlı xüsusi bir projemiz yoxdur, çünki Azərbaycan son illərdə özünü sübut etmiş bir ölkədir. Ona görə də belə bir proje gözlənilmir.

 

–      Azərbaycan həm də münaqişə ölkəsidir. Qaçqınlarımız var onlarla bağlı hər hansı işlər görüləcək?

 

–      Bilirsiniz, mən Belçika parlamentinin üzvüyəm və təbii ki,  özlüyümdə bu problemin həlli üçün yollar axtarıram, amma, bu o demək deyil ki, Belçika parlamenti olaraq bizim düşündüyümüz həll yolu dünya səviyyəsində qəbul olunur. Təbii ki, belə deyil.

 

–      Belçika Parlamentində Xocalı soyqırımının tanınması məsələsinin müzakirəsi düşünülürmü? Belə bir addım gözlənilirmi?

 

–      Milli Məclisin üzvü Cənab Elxan Süleymanovun təklifi ilə bizim parlamentdə, yəni Belçika parlamentində bu məsələ müzakirə edilmişdi,  lakin müəyyan etaplar var. Ümumiyyətlə, Qarabağ münaqişəsi haqqında geniş məlumat verməliyik. Avropanın bir çox ölkəsi Xocalı soyqırımını  tanımır. Ona görə də əvvəlcə soyqırımın tanıdılması və qəbul edilməsi ilə məşğul olmalıyıq. Hələlik missiyamız bundan ibarətdir.

 

–      Ermənistanla bağlı hər hansı layihələr hazırlanırmı?

 

–      Yox, biz parlament şəbəkəsi olaraq Ermənistanla bağlı da heç bir layihə hazırlamırıq.

 

–      Sizin Azərbaycanla bağlı mövqeyiniz necədir? Dağlıq Qarabağ münaqişəsini necə qiymətləndirirsiniz?

 

–      Mən hər yerdə deyirəm ki, son dövrlərdə Azərbaycan qarşısı alınmaz şəkildə inkişaf edir. Bu sürətini qeyd etməsəm hər halda qəbahət olar. Qarabağ məsələsinə gəlincə isə hansı dövlətin tərkibindədirsə sərhədlər daxilində ona hörmət edilir.  O ərazilər də Azərbaycanın ərazisi kimi qəbul edilib.

 

 

Ülviyyə BƏYLƏRQIZI

KarabakhİNFO.com

24.05.2013 15:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*