Azərbaycanca

Dünya kilsələri erməni «soyqırımı»nın tanınması üçün birləşir

31.07.2014 | 09:00

10588750_10201453507300054_1409035386_nGöksəl Gülbəy: “Dünya kilsələri dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşırlar”

Dünya Kilsələr Birliyinə (WCC) üzv olan kilsələr 2015-ci il aprelin 24-də qondarma erməni soyqırımını tanımağa hazırlaşır. Bu bəyanatla Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy çıxış edib. Bu haqda e-jurnalımıza ASİMDER-dən məlumat verilib.

 

G. Gülbəy dünya kilsələrinin erməni «soyqırımı»nın tanınması üçün Türkiyəyə qarşı birləşdiyini və dindən istifadə edərək Türkiyəyə təzyiq göstərməyə hazırlaşdıqlarını deyib: «2015-ci ildə erməni «soyqırımı»nın ildönümündə soyqırımın tanınması və təzminat tələbləri üçün WCCüzvü olan kilsələrin beynəlxalq təşkilatların, hüquqşünasların və insan haqları müdafiəçilərinin iştirakı ilə Cenevrədə beynəlxalq konfrans təşkil etməsi, bu konfransla eyni zamanda Cenevrə Kafedralında erməni «soyqırımı» «qurbanlarını» anmaq üçün dua ayinin təşkili, bu olayın tanınması üçün WCC üzv kilsələrin duaya dəvət edilməsi qərara alınıb».

 

 

ASİMDER sədri Türkiyə və Azərbaycandakı kilsələrin də WCC üzvü olduğunu və bu konfransa qatılacaqlarını bildirərək, iki ölkənin müvafiq dövlət qurumlarını kilsə və dini liderlərə lazımi xəbərdarlıq etməyə çağırıb.

 

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

31.07.2014 09:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*