Azərbaycanca

Düşmən orduda həbs dalğası

14.02.2015 | 13:36

51561Kursant Aykaz Barseqyanın qətli üzrə yeni faktlar aşkarlanır

 

 

 

 

İrəvanda hərbi qulluqçu Aykaz Barseqyanın qətlə yetirilməsi üzrə cinayət işinin araşdırılması zamanı yeni faktlar üzə çıxıb. Məlum olub ki, həmin vaxt hərbi hissənin zabit heyəti fəaliyyətsizlik göstərib.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən  məlumatına görə, Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, bununla əlaqədar olaraq Cinayət Məcəlləsinin 375-ci maddəsi üzrə (hakimiyyət nümayəndəsi tərəfindən fəaliyyətsizlik) yeni cinayət işi açılıb. Bu qətl hadisəsi ilə bağlı fevralın 13-də Vazqen Sarkisyan adına Hərbi İnstitutun zabiti, kapitan Artyom Avetisyan saxlanılıb.

 

 

Xatırladaq ki, bu il yanvarın 29-da saat 06:35-də institutun idman meydançasında kursant 19 yaşlı Aykaz Barseqyan turnikdə asılı vəziyyətdə tapılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 104 maddəsi ilə cinayət işi qaldırılıb. Öldürülmüş şəxsin yoldaşları Vaçe Saakyan, Movses Azaryan, Qnel Tevosyan və Norik Saakyan həbs ediliblər.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

14.02.2015 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*