Azərbaycanca

Eksklüziv: Ermənilər Gürcü dövlətinin əleyhinə işləyirlər

21.01.2014 | 11:38

1390289756_guram_marhuliyaQuram  MARXULİYA

 

Beynəlxalq Qafqaz qeotarixi və qeosiyasi tədqiqatlar mərkəzinin prezidenti 

 

 

Hər hansı xalqın tarixi inkişafının  müxtəlif mərhələlərində konverqent prosesləri müşahidə etmək olar,  bunun nəticəsində insan kütlələrinin hansısa səbəblərə görə, yeni əraziləri fəth etmək üçün axını başladı. Lakin ermənilərin Gürcüstan və Azərbaycana köçürülməsi-yerləşdirilməsi məqsədyönlü siyasi əhəmiyyət kəsb edirdi.

 

Ermənilər haqqında ilk xatırlatma Herodot (e.ə. V əsr) və Ksenofontun (e.ə. V əsr) əsərlərində vardır, lakin gəlmələr bu  zamanadək dövlətlərini qura bilməmişdir.  Bu tarixi vəziyyət baxımından erməni tarixçiləri öz tarixlərini qədimləşdirib bu eldə yerli olmalarını təsdiq etməyə çalışırlar. Bunun üçün sovet dövrü məhsuldar oldu.

 

Faktiki olaraq Kiçik Asiyaya köç etmiş ermənilər gürcü xalqının tarixi ərazilərində e. ə. 190-cı ildə dövlət yarada bildilər. Məhz bu andan ermənilərin qonşu dövlətlər və xalqlara qarşı etnik ekspansiyası başlandı.

 

Ermənilərin Gürcüstana qarşı ekspansiyası məqsədyönlü və intensiv xarakter daşıyırdı.  E. ə. 189-cu  ildə  Ermənistan İberiyadan Hordzen, Qoqaren və Periadrı kəsdi,  bu cənub gürcü vilayətləri Emənistandan asılı vəziyyətə düşəndən Gürcüstanın xaricinə yeni erməni ekspansiyası dalğası başlandı.

 

IV-cü əsrdən başlayaraq, yəni dövlətçiliyini itirəndən sonra, ermənilər dünyaya səpələnərək özlərinə kənarda vətən axtarmağa başladılar. Gürcüstan ermənilərin inkişafı üçün əlverişli ölkə oldu.

 

Mənbələr ermənilərin köçürülməsinin ilk mərhələsini ərəb xilafətinin onlara olan xoş münasibəti ilə anladırlar.  Guya ki,  III Ovan Odenesinin xahişi ilə xəlifə 715-ci ildə erməni kilsəsinə vergi müavinəti verərək, “onları məkrli yunan tayfalarından azad etdi”. Ermənilərin yunanlara olan nifrəti onunla bağlıdır ki, “onlar çox qəddar və saleh deyildir, ermənilərin düşmənidir.  Simeon Lexasinin sözlərinə görə, bizi gördükdə onlar “şikli”, yəni “it” qışqırırdılar”.

 

Çarlıqın kəndlərindəki gürcü əhalisi tam məhv edilmişdi və ya az miqdarda yaşayırdılar. Sənədlərdən göründüyü kimi erməniləri gürcü monastırları və kilsələri cəlb edirdi.

 

XVI-XVIII  əsrin tarixi sənədləri Gürcüstanda, Kvemo-Kartlidə erməni əhalisinin çoxalmasını və etnik ekspansiya nəticəsində toponimlərin erməniləşdirilməsini qeyd edirdi.

 

Ermənilərin ümidləri Rusiyanın Qafqaza gəlməsindən sonra əmələ gəldi. XVIII əsrdə Gürcüstan sağlam qocanı xatırladırdı.  XIX əsr ərzində gürcülər öz qüvvələrini rus xidmətində milli məqsədi olmadan sərf etdi. Əgər gürcülərin passionarlığı azalırdısa, ermənilərinki, əksinə, ucalırdı.  Gürcülər üçün Rusiyaya birləşmək dövlətçiliyinin dağılması və ideoloji faciə idisə, ermənilər üçün bir addım irəli demək idi, çünki onlara hər kimin ərazisində olursa olsun, erməni dövləti yaratmağı vəd etmişdilər.

 

Rus-İran müharibəsindən sonra miqrantların ilk partiyası Gürcüstanın cənub vilayətlərində və Şimalı Azərbaycanda yerləşdirildi. Bu ermənilərin Cənubi Qafqaza kütləvi şəkildə, planlı və məqsədyönlü köçürülməsinin başlanğıcı idi. Məhz bu andan Gürcüstanın cənub vilayətlərində erməni əhalsinin gürcülərə nisbətən çoxluq təşkil etməyə başladı.

 

Beləliklə, Rusiya Cavaxetidə erməniləri məskunlaşdırmaqla gözə çarpacaq qədər yerli əhalinin sayını azaltmış oldu və gələcəkdə demoqrafik başqın daha da gücləndi. Zaqurskiy yazırdı: “Kilsələr, qalalar dağıdılıb məhv edilirdi, talan olunurdu. Onlar o qədər azğınlaşmışdılar ki, Axalsixi Nor-Ərzrum, Bakını isə Bakurakert adları ilə əvəz etmək istəyirdilər, lakin hakimiyyət onların sərsəm istəklərinə fikir vermirdi”. “Erməni vilayətinin” etnik genişlənməsi və ermənilərin yaşadığı torpaqların siyasi birləşdirilməsi erməni liderlərinin başını dumanlandırdı, onlar nə vaxtsa mövcud olmuş “Böyük Ermənistanı” bərpa etmək barədə düşünürdülər.

 

XIX əsrin II yarısında Rusiya cənub istiqamətində özünün işğalçı siyasətini genişləndirib inkişaf etdirməyi planlaşdırırdı.  Rusiya öz siyasətində yenidən ermənilərdən istafadə edərək onlara yeni erməni dövləti yaratmaq üçün ərazilər vəd edirdi. Türkiyədə ermənilərin “milli müstəqilliyi” uğrunda mübarizəsi başladı, müəyyən dövrlərdə bu mübarizə əsil müharibəyə çevrilirdi.  Bu erməni hərəkatı sonralar “Erməni məsələsi” adı ilə tanındı.

 

Erməni tarixçiləri və onların muzdlu qələm quldurları Ermənistanın sərhədlərini fantastik ölçülərə qədər genişləndirərək özgə torpaqlara iddia edirdilər. Onlar sərsəm “Böyük Ermənistan” xəritələrini çap edirdilər.  Erməni milliyətçi hərəkatı fəaliyyətinin bu istiqamətini onların yüzillərlə dövlətçilikdən məhrum olması ilə başa salmaq olar.

 

Torpaqların ermənilərə məxsus olması iddialarını dünyaya inandırmaq üçün tarixi ədəbiyyata “Böyük Ermənistan”, “Qərbi Ermənistan”, “Türk Ermənistanı”, “Dağlıq Ermənistan” və s. kimi terminlər daxil etmişdilər. Bu siyasi və coğrafi terminlərlə dünya ictimaiyyəti görünməmiş çaşqınlığa məruz qaldı.

 

Bu siyasətin davamı kimi 1905-ci ildə Rusiya imperiyasının ərazisində erməni-azərbaycan, erməni-gürcü münaqişələrinin yaradılması oldu.  Erməni millətçiləri Tiflis ətrafında gürcü əhalisinə divan tuturdu.  Millətlərarası toqquşmalarda erməni tərəfi “Gürcüstanın qarışıq əhalisini gürcülərdən təmizləyərək, müstəqil erməni dövləti yaratmaq üçün etnik təməl” yaratmaq istəyirdilər.

 

Çar hökuməti, sözsüz ki, inzibati-ərazi dəyişikliklər edə bilərdi, lakin dünya müharibəsi ərəfəsində iğtişaş yaratmağı məqsədəuyğun hesab etmədilər. Buna görə, onlar Osmanlı imperiyasının şərqi vilayətlərindəki ermənilərə üz tutdular. Onları coşdurmaq çətin deyildi, fitnə-fəsad yaradaraq diqqəti özünə yönəldə bilərdilər.

 

Ermənilər Rusiyaya Türkiyənin tarixi düşmənləri kimi baxırdı, ona görə onu Şərqdə xristianlığın müdafiəçisi hesab edirdi. 1914-cü ildə müharibə başladıqda, ermənilər ərazini etnik türklərdən təmizləməyə başladılar. 26 fevral 1914-cü ildə Qars və Ərdahanda erməni yaraqlıları 30 000 etlik türkü qətlə yetirdilər.  1915-ci ilin yazında ermənilər vaxtın yetdiyini hesab edərək, bir neçə vilayətdə dinc türk əhalisini amansızlıqla məhv etdilər. Türk hökuməti daşnaq “qəhrəmanlarının” hərəkətlərini görərək və çar hökumətinin planlarından halı olaraq 24 aprel 1915-ci ildə erməniləri Türkiyədən deportasiya etmək qərarına gəlir. 300 000 yaxın erməni yenidən Gürcüstana üz tutaraq, müxtəlif yerlərdə, əsasən, Samsxe-Cavaxetidə yerləşməyə başladılar.

 

1918-ci ildə Ermənistan dövlətçiliyini bərpa edərək Gürcüstan və Azərbaycana ərazi iddiaları ilə çıxış etməyə başladılar. O.Kaçaznuninin hökuməti Ermənistana bütünlüklə Şərqi Gürcüstanı , hətta Tiflisi belə birləşdirmək iddiasında idi. 7 dekabr 1918-ci ildə erməni qoşunları qəflətən, müharibə elan etmədən Gürcüstana soxuldu, lakin bir-neçə gün ərzində darmadağın edildilər, Yerevana yol açıq idi, amma bu zaman onlara yardım etmək üçün İngiltərənin və Fransanın nümayəndələri yetişdi.

 

Cənubi Qafqazda sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər bölgədə “milli sülh” yaratmağa başladılar.  Bu siyasətin nəticəsində Gürcüstanın tarixi ərazisi olan Lori Ermənistana verildi. Həmin erməni dairələri 1922-ci ildə yeni layihə təqdim etdilər. Layihəyə görə, Cavaxetinin böyük hissəsi və ya Axalkələk qəzası erməni inzibati vahidi yaratmaq üşün Borçalı qəzasına birləşdirilməli idi.  Bu cəhd 1923-cü ildə uğursuzluqla nəticələndi.

 

1936-cı ildə erməni bolşevikləri bir daha Ermənistanın sərhədlərini şimal istiqaməti tərəfindən genişləndirmək məqsədilə yenidən cəhd etdilər. Ermənistan KP MK I  katibi A.Xancyan L.Beriyaya Axalkələk və Axalsix rayonlarının Ermənistana verilməsi xahişi ilə müraciət etdi.  9 iyul 1936-ci il tarixdə  Beriya öz kabinetində onu güllələdi, beləliklə, xahiş rədd olundu.

 

XX əsrin sonunun Sovet İttifaqının parçalanmasi ilə bağlı qlobal siyasi hadisələri ermənilərin xülyalarının renesansına gətirməyə bilməzdi. Azərbaycandakı “uğurdan” pərvazlanan Ermənistan hakimiyyəti nəzərlərini Gürcüstanın cənub rayonlarına yönəltdi.  Daşnaqsutyun partiyası, ümdə məqsədlərinə uyğun olaraq Cavaxetidə Virk və Cavakh filialları yaratdılar.  Gürcüstanın ərazisinə “Krunk” və ASALA terror təşkilatlarının döyüşçüləri daxil oldular. Bununla paralel erməni əhalisini Ermənistanın Cavaxeti vilayətinə olan hüquqları barədə  şübhəli “əsər”lərlə təmin edirlər.  Çox keçmədən Cənubi Gürcüstanı “əzabkeş” erməni xalqının “gürcülər tərəfindən ana dilini, köklərini unutdurması” mitiqləri bürüdü. Ermənilər “anladı” ki, Gürcüstanda deyil, “tarixi Ermənistan ərazilərində” yaşayırlar və Gürcüstan hakimiyytindən onlara heç olmasa milli maraqlarını qorumaq üçün muxtariyyət verilməsini xahiş etdilər. Gürcü ictimaiyyəti çaşqınlıq içindədir, ölkənin başçıları isə qonşu respublika ilə münasibətlərini pozmamağa çalışırlar.

 

Tarixi keçmişdən bəllidir ki, ölkədə baxımsız qalan hər şey mütləq erməniləşir, belə ki, Gürcüstanda gürcü kilsələri ermənilər tərəfindən özünküləşdirilmə cəhdləri ilə rastlaşır.  Bir çox tarixi faktlarla Gürcüstana zaman-zaman yağı düşmən hücüm edəndə, ermənilər duz-çörəklə düşmən tərəfinə keçərək,  onlara sığınacaq vermiş gürcülərə ziyan vurublar. Bu onların genlərindən irəli gəlir.

 

Baqramyan adına batalyonun törətdiyi görünməmiş vandalizm və insanlara işgəncə vermələri faktları minlərlə Abxaziya sakininin ölümünə səbəb olmuş, erməni diasporası Gürcüstanda bir daha öz antigürcü mahiyyətini göstərmişdir. Beləliklə, ermənilərin Gürcüstana köçürülüb məskunlaşması çoxpilləli proses olmuşdur. Tarixən yaranmış erməni diasporası hər zaman gürcü dövləti və xalqının ziyanına hərəkət etmişdir.

 

 

 

“KarabakhİNFO.com”

 

 

21.01.2014 11:38

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*