Azərbaycanca

EKSKLÜZİV: Əli Məsimli -“Ermənilərin burnunu elə ovmaq lazım ki, bu onların havadarlarına da dərs olsun”

02.08.2014 | 21:06

Əli_MəsimliSon günlər ermənilər tərəfindən pozulan atəşkəs nəticəsində milli ordunun 12 əsgəri şəhid olub. Məlum mövzu ilə bağlı millət vəkili Əli Məsimli “Karabakhinfo.com” beynəlxalq elekton jurnalına açıqlamasında bunları dedi: “İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində baş verən qanlı döyüşlər genişlənmiş şəkildə davam edir.

 

Azərbaycan ordusu atəşkəs dövrünün çoxsaylı şəhidini vermək bahasına olsa da, düşməni böyük itkiyə məruz qoyaraq geri oturda bilib. Ermənistan və onun quduzlaşmış havadarının törətdiyi bu qanlı olay bir daha göstərdi ki, Ermənistan bu olayların görünən tərəfidir və Azərbaycanın ən təhlükəli düşməninin ünvanı dəyişməyib. Bu olaylar həm də Vətən uğrunda şəhid gedə bilən qəhrəman oğlullarımızın varlığı, düşmənin mütləq layiq olduğu cəzanı alacağını göstərir! Şəhid ailələrinin “Vətən sağ olsun!” deyən valideynlərinin, əzizlərinin, “Vətən, başın sağ olsun!” deyən xalqımızın kədərini ürəyimizdə hiss edir, dərin hüznlə baş sağlığı veririk. Eyni zamanda bu çətin və mürəkkəb bir zamanda xalqımızın əhvali-ruhiyyəsinə, qələbə əzmindən çıxış edərək demək istəyirəm ki, hisslərə qapılmadan,hamı bir olmalı, yumruq kimi birləşməli, şəhidlərimizin qisasını artıqlaması ilə almaqda davam etməliyik. Bu dəfə ermənilərin burnunu elə ovmaq lazım ki, təkcə ermənilərə yox, onun havadarlarına da dərs olsun!”.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

02.08.2014 21:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*