Azərbaycanca

EKSKLÜZİV: Aydın Mirzəzadə- Erməni işğalçı qüvvələri növbəti dəfə Azərbaycan zəhmini öz üzərində hiss etdi

02.08.2014 | 22:55

1396503597_aydin_mirzezade_2014Məlumatlara görə, hazırda Tovuz rayonunun Ermənistanla həmsərhəd Ağdam kəndində gərgin döyüş gedir. Düşmən həmləsinin qarşısı Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən alınır. İyulun 31-dən bu günə kimi cəbhə bölgəsində baş verən gərgin döyüşlərlə bağlı Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, millət vəki Aydın Mirzəzadə “Karabakhinfo.com” beynəlxalq elektron jurnalına açıqlama verdi:

“Hazırda Ermənistan-Azərbaycan cəbhə xəttində gərgin və qorxulu xəbərlər gəlir. Ermənistan diversiya qruplarının bizim mövqeləri ələ keçirmək istəyirlər. İgid əsgər və zabitlərimiz düşmənin həmlələrinə qəhrəmancasına cavab verir: “Cəsur oğullarımız Azərbaycan torpağını mərdliklə qoruyur. Kütləvi İnformasiya Vasitələrində düşmənin xeyli itki verdiyi xəbərlərini oxuyuram. Ermənistan ordusu iyulun31-dən avqustun 1-nə keçən gecə Azərbaycan ərazisinə daxil olmaq istəyərkən erməni işğalçı qüvvələri növbəti dəfə Azərbaycan silahının zəhmini və gücünü öz üzərilərində hiss etdi”.
Millət vəkili qeyd etdi ki, hazırda gecə yarısıdır və yayılan məlumata görə, cəbhə bölgəsində atışma gedir: “Səngərdə düşmənlə mübarizə aparan əsgərlərə Allah kömək olsun. Baş verən qarşıdurma zamanı bu günlərdə 12 əsgərimiz şəhid olub. Milli ordunun əsgərləri öz həyatları hesabına torpağı qoruyurlar. Xalqımız ən dəyərli oğullarını itirir. Allah onlara rəhmət eləsin.
Belə bir vəziyyətdə qəlbən və düşüncəmizlə qəhrəman əsgər və zabitlərimizin yanındayıq. Tanrı onları düşmən gülləsindən qorusun”.
Günel Cəlil
“KarabakhİNFO.com”

02.08.2014 22:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*