Azərbaycanca

Vəli Əlibəyov : “Beynəlxalq hüquq heç kimə maraqlı deyil”

26.08.2014 | 11:24

1939831_276075572549117_1567012563_o“Hərbi əməkdaşlıq – beynəlxalq münasibətlərdə əsas amillərdən biridir”.
Oxu.Az-ın suallarına Siyasi Texnologiya Mərkəzinin prezidenti Vəli Əlibəyov cavab verir.

 

 

– Azərbaycan, Türkiyə və Gürcüstan quru qoşunları, HHQ və HDQ, üç ölkənin Müdafiə nazirlərinin Naxçıvanda bağladığı sazişə əsasən, adı çəkilən ölkələrin hər birində müştərək təlimlər keçirəcək. Bu qərar sizin fikrinizcə nə ilə əlaqədardır?

 
– Ukraynada baş verən hadisələr bir daha dünyaya göstərdi ki, beynəlxalq hüquq və ümumqəbul edilmiş beynəlxalq normalar heç kimə maraqlı deyil və “suda boğulanın problemi elə boğulana aiddir”. Və bədii tərzdə desək, “boğulanlar” birləşərək özlərini mümkün təhlükələrdən qorumaq qərarına gəliblər.

 
Təbii ki, hər şeyə hazır olmaq lazımdır, ABŞ, Almaniya, Böyük Britaniya və s. kimi belə beynəlxalq asayiş zaminlərinin, BMT, ATƏT, AŞPA simasında ölü icmaların reaksiyasını gözləməkdənsə düşmənə cavab verməyi bacarmaq daha yaxşıdır. Beləliklə də “Sülh arzulayan müharibəyə hazır olmalıdır” ifadəsi aktullaşır.

 
– Bəzi ekspertlər üç ölkənin təhlükəsizlik sahəsində əməkdaşlığının möhkəmlənməsini, onların arasında tezliklə KTMT yeni ittifaqın yaradılması kimi qiymətləndirir. Bu mümkündürmü?

 
– Bilmirəm tərəflər hərbi sahədə münasibətlərini institutlaşdıracaqlar ya yox, amma bir şey dəqiqdir ki, bu münasibətlər inkişaf etməli və möhkəm¬lənməlidir. Demək olar ki, bu əməkdaşlıq bir qədər gecikib belə. Bu münasibətlər bir neçə il öncə qurulsaydı biz Gürcüstanda məlum faciəvi hadisələrin şahidi olmazdıq… Etiraf etmək lazımdır ki, hərbi əməkdaşlıq – beynəlxalq münasibətlərdə əsas amillərdən biridir.

 
– Bu münasibətlərin istiqamətlərin biri də Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu təhlükə altında olarsa azərbaycan, gürcü və türk ordusunun dərhal adekvat cavab verəcəkləridir. Bu, həmin kəmərlərin həqiqi təhlükə altında olması deməkdirmi? Və üçtərəfli əməkdaşlıq bu təhlükələri aradan qaldırmaq üçün nə dərəcədə effektivdir?

 
– Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolu magistralı – bütün bunlar kritik infrastrukturun sektorlarıdır və onların mühafizəsi ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu layihələr hər üç ölkənin maraqlarına toxunduğu üçün elə həmin ölkələr tərəfindən də mühafizə edilməlidir.

 
Bütün dünyada dövlətlərin kritik infrastrukturun təhlükəsizliyi sahəsində doktrinası mövcuddur, bura partlayış, yanğın, insan amili və texnogen qəzalar, təbii fəlakətlər və s. terrorizm və digər kriminal xarakterli fəaliyyət daxildir.

 
Təbii ki, müasir dünyada kritik infrastruktura ən böyük təhlükə təxribat qrupları və terroristlərdir. Bu nöqteyi nəzərdən, tərəflərin əli silahlı layihələri qorumaqları aydındr. Unutmaq olmaz ki, Azərbaycan və Gürcüstan, öz məqsədlərinə çatmaq üçün istənilən yola əl ata biləcək silahlı separatçılardan əziyyət çəkirlər.

 
Həm də biz dəfələrlə erməni tərəfinin, cəbhədə hərbi hərəkat başlayarsa, ilk zərbəni strateji obyektlərə vuracaqlarına dair bəyanatlarının şahidi olmuşuq. Üçtərəfli əməkdaşlığın bu sahədə vacibliyi isə ondan ibarətdir ki, Azərbaycana zərər vermək istəyən potensial təxribatçı, avtomatik olaraq Gürcüstan və Türkiyənin məhv etmə obyektinə çevrilir.

 
Regionun ən güclü dövləti Türkiyə – bu layihələrin təhlükəsizlik zəmanətidir.

 
– Bu təhlükəsizlik sahəsində üçtərəfli razılaşma, Dağlıq Qarabağ vəziyyətində necə əksini tapacaq?

 
– Mən söhbətimizin əvvəlində də qeyd etdim ki, müasir dünyamız çox kövrəkdir. Kim isə bizim Ukraynada baş verən hərbi hərəkatın şahidi ola biləcəyimizi ehtimal edə bilərdimi? İstənilən aqressiya qanunsuzdur və ciddi şəkildə qarşısı alınmalıdır.

 
Təəssüf ki, bu gün beynəlxalq ictimaiyyət fəaliyyətsizdir, ona görə də ölkələrin birləşib ölzərini müdafiə etmələri lazımdır. Hərbi əməkdaşlıq barəsində saziş Azərbaycana Qarabağda kontr-terror əməliyyatları aparmaq üçün zəmanət verir. Azərbaycan heç kimin ərazisini işğal etmir və hərbi hərəkat onun beynəlxalq ictimaiyyət tərəfindən təsdiq edilmiş ərazisində aparılacaq.

 
Və kontr-terror əməliyyatları zamanı mane olmaq istəyənlər hər üç ölkənin silahlı qüvvələri ilə qarşılaşacaqlar. Düşünürəm ki, bu amil erməni tərəfini sülh danışıqları prosesində daha anlayışlı davranmağa sövq edər.

 

 
F.H.
oxu.az

26.08.2014 11:24

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*