Azərbaycanca

“Elə bil qarabağlıların səsi də dəyişib”

09.07.2013 | 11:31
1373354704_f3Müsahibimiz müasir dövrdə Qarabağ muğam ifaçılığı məktəbinin layiqli davamçılarından biri, əməkdar artist Firuz Səxavətdir. 1972-ci il avqust ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulan Firuz Səxavət ilk musiqi təhsilini Xan Şuşinskinin adını daşıyan Ağdam musiqi məktəbində alıb.

İlk müəllimi Qarabağ xanəndəlik məktəbinin ənənələrini qoruyub yaşadan Əlisəfa Hüseynov olub. 1984-1985-ci illərdə “Qarabağ bülbülləri” ansamblında fəaliyyət göstərən F.Səxavət, 1994-1998-ci illərdə Azərbaycan Milli Konservatoriyasında professor Arif  Babayevin sinfində ali təhsil alıb. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasında xanəndəlik üzrə dərs deyir.2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə işıq üzü görən “Qarabağ xanəndələri” adlanan, özündə 24 xanəndənin yaradıcılığını əhatə edən fono və foto materialları cəmləşdirən nəşrə Firuz Səxavətin də ifası daxil edilib.   Onunla elə növbəti Muğam müsabiqəsinə qatılacaq tələbələrinin məşqində söhbətləşdik. Söhbətimizə də elə bu mövzuda başladıq.   – İllər həm də Qarabağdan gələn səslərdən uzaqlaşdırır bizi deyilmi? Çünki, mühit, torpaq yoxdursa, səslərin də tükənməsi təbii prosesdi…   –  Mən artıq neçə illərdir ki, bunun şahidi oluram. Keçirilən birinci müsabiqədə Qarabağdan olan ifaçıların sayı bir qədər çox idi, ikinci müsabiqədə də bir-iki nəfər var idi, sonuncu müsabiqə üçün seçim mərhələsində isə getdikcə azaldığını görürəm.   – Tələbələriniz arasında qarabağlı uşaqların sayı çoxdurmu?   “Elə bil qarabağlıların səsi də dəyişib” – Xeyir. Demək olar ki yoxdu. Elə bil qarabağlıların səsi də dəyişib. Nə qədər muğam müsabiqələrində gənclərə qulaq asıramsa, əvvəlki səsləri eşidə bilmirəm. Səsin dadı, ləzzəti yoxdur. Hər dərs dediyim yerdə 3-4 nəfər tələbəm var. Aralarında qarabağlı yoxdur. Mən o qədər sənətə bağlı adamam ki, bunu ancaq torpaqla əlaqələndirirəm. Savadlı, intellektual olmaq mümkündür. Ancaq istedad ayrı məsələdir. Bu gendən gəlməlidir. 1980-ci illərdə az qala bütün sahələri qarabağlılar tutmuşdu. Allah sanki bu insanları xüsusi seçirdi.   – Qarabağ sizin üçün doğulduğunuz torpaq olmaqdan başqa daha hansı dəyərləri özündə daşıyır?   – Qarabağ bizim üçün təbii ki, doğma yurdumuz, doğulduğumuz torpağımız deməkdi. Amma Qarabağ hər bir qarabağlı sənətçinin həm də qazancıdı, varlığıdı. Səsimizə, bu günkü varlığımıza görə Qarabağ torpağına minnətdar olmalıyıq. Düzdür, biz  20 ildən artıqdır ki, Qarabağdan məsafə baxımından uzağıq. Amma bu illər ərzində bir gün belə unutmadıq Qarabağı.   – Ümumiyyətlə, Qarabağ deyəndə ilk olaraq oranın hansı hissəsini xatırlayırsınız, hansı ki, o məkan sizin üçün çox doğmadı…   – Bizim Abdal-Gülablı kəndində meşə var idi və həmişə kəndimizi xatırlayanda həmin meşəni, orada at belində gəzdiyim vaxtları xatırlayıram. Orada bulaqlar, meyvə ağacları hər dəqiqliyinə qədər yadımdadı.   – Sonuncu dəfə Ağdamı nə vaxt görmüsünüz? Nə vaxt ayrılmısınız oradan?   “Elə bil qarabağlıların səsi də dəyişib”–  Mən hərbi xidmətdən qayıdanda, torpaqlarımız artıq işğal olunmuşdu. Kəndimiz Abdal-Gülablı əvvəllər Şuşanın ərazisində olub. Ağdamla məsafə çox azdır.Gözlərimi hər yumanda, Ağdam gözlərimin qarşısına gəlir. Həsrətdən ürəyim dayanır. Bizim kənd yüksəklikdə, meşənin ətəyində yerləşir. İlk işğal edilən kənddir. Abdal-Gülablı alınmasaydı, Ağdama girmək mümkün olmazdı. “Damcılı” bulağına çıxanda Şuşa görünürdü. Şuşa ilə Ağdamı Haruni erməni kəndi ayırır. Kəndə ancaq at və  ulaqla getmək mümkün idi. Kənddə 8 illik məktəb var idi. 11 illiyi isə rayonda oxumağa gedirdik.Bir ay Şuşada qalmaq o demək idi ki, bir il burada sağlam yaşayacaqsan. Ümidimiz çoxdur. İndi 1918-ci il deyil ki, köməksiz qalaq. İçimdə ümidsizlik yoxdur.Yaxşı fikirləşsək, yaxşı da olacaq. Hamı bilir ki, oralar Azərbaycan torpaqlarıdır. Bizi incitmək üçün şəkil çəkdirib, saytlara verirlər. Qoy çəkdirsinlər. Əllərində yalnız şəkil qalacaq. Hamı yaxşı bilir, Qarabağ kimindir. Yetər ki, unutqan olmayaq.   – Siz adınızda həm də mərhum müğənni Səxavət Məmmədovun adını daşıyırsız…   – Mən oxuyan kimi hamı onu xatırlayır. Rayona və ətraf rayonlara toya gedəndə məni oxutdururdu. Mən uşaq olanda, Səxavət məni özü ilə Qarabağa toylara aparırdı. Amma mənə həmişə deyirdi ki, sənin hüquqşünas olmağını istəyirəm. Ancaq ürəyin istəyəndə oxuyarsan. Konservatoriyaya qəbul olandan sonra dostlarım məsləhət gördü ki, “Səxavət” adını özümə soyad götürüm. Hər adı çəkiləndə, onu sevənlər “Allah rəhmət eləsin” deyəcək.   – Bir sənətçi və bir vətəndaş olaraq Dağlıq Qarabağ münaqişəsinin hansı yolla həll olunmasının tərfadrısınız?   – Azərbaycanda elə bir insan yoxdur ki, bu problem onu maraqlandırmasın. Heç kəs istəmir ki, müharibə, qırğın olsun. Amma başqa yolumuz da yoxdur, nə vaxta qədər oturub gözləyəcəyik ki, erməni bizə torpağımızı qaytarıb versin. Hər bir halda və istənilən yolla mən inanıram ki, torpaqlarımız azad olunacaq.   Naibə Qurbanova “KarabakhİNFO.com”
09.07.2013 11:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*